Məhkəmə qərarları › İş №2(053)-1149/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1149/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1149/2023 21.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon İcra və porobasiya şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sındıraraq yararsız hala saldığı sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cihazla) ümumi dəyərinin 2.277,40 manat məbləğində maddi zərərin tutulub X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Quliyev X2 Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 09 mart 2023-cü il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 14 mart 2023-cü il tarixdə daxil olmuş və məhkum Cavabdeh 15 mart 2023-cü il tarixdə qeydiyyata düşmüşdür. Məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş qolbağı kəsərək üzərindən çıxarmış, istifadəyə yararsız hala salmışdır. Məhkuma tətbiq edilmiş ENV-nə baxış keçirilmiş və 27 mart 2023cü il tarixdə izahatı alınmışdır. Eyni zamanda da məhkum Quliyev X2 Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş və Neftçala Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 7(053)-07/2023 saylı qərarı ilə təqdimat təmin edilməmişdir. Həmin tarixdə məhkum Cavabdeh “ATTENTİ” markalı, 35640268 nömrəli ENV tətbiq edilmişdir. Məhkum Cavabdeh cəzası 15 sentyabr 2023-cü il tarixdə başa çatmış, məhkuma tətbiq edilmiş ENV götürülmüş və Azərbvaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə qaytarılmışdır. 11 oktyabr 2023-cü il tarixli texniki rəydə Cavabdeh tətbiq edilmiş “ATTENTİ” markalı 35640268 nömrəli mobil qurğunun istifadəyə tam yararsız olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Azərbaycan Respublikası Probasiya Xidmətinə ünvanlanmış məktubunda “ATTENTİ” markalı dəstin qiymətinin 2.277,40 manat olduğu göstərilmişdir. Məhkum Cavabdeh yararsız hala saldığı dəstin ümumi dəyəri 2.277,40 manat təşkil edir. Lakin zərər məhkum tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan Neftçala Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 7(053)-7/2023 saylı qərarı ilə Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh həmin cəzanın azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsinə dair İddiaçı icra məmurunun təqdimatı təmin edilməmişdir. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmış “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin icrası” barədə 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Attenti” firmasına məxsus mobil qurğu, qolbaq və qolbaqdan istifadə qaydaları haqqında kitabça məhkuma verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan məhkum Cavabdeh izahatından görünür ki, baş vermiş hadisə ilə bağlı icra və probasiya şöbəsinə dəvət olunmuşdur. Cəzasının icrası ilə hüquq vəzifələri ona bir daha izah olunmuşdur. Cəzasına nəzarət edən icra məmuru ilə mütaəmadi olaraq əlaqə saxlamalı, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Neftçala rayon hüdudlarını tərk etməməli, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək ona bir daha izah edilmişdir. İşdə olan 11 oktyabr 2023-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, “ATTENTİ” markalı, 35640268 nömrəli mobil qurğunun ana platada və elementlərdə korroziya müşahidə olunmuş, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. İşdə olan Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi 06 avqust 2021-ci il tarixli, D-8/131 nömrəli məktubundan görünür ki, bir ədəd sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2.277,40 manat, ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2.277,40 manatdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2.277,40 manat məbləğində maddi zərərin ödənilməsi üçün pul tutularaq X1 aşağıdakı hesabına ödənilməli, İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə iddiası təmin edilsin. Cavabdeh 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar