Məhkəmə qərarları › İş №2(053)-1158/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1158/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1158/2024 02.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(053)-87/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək, 06 iyun 2018-ci il təvəllüdlü X4 və 29 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında Cavabdeh ilə 15 fevral 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, birgə nikahlarından 06 iyun 2018-ci il təvəllüdlü X6 və 29 oktyabr 2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olduğunu bildirmişdir. Cavabdeh 2021-ci ildə “Nikahın pozulması” tələbi ilə bağlı məhkəməyə müraciət edərək onunla arasında Neftçala rayon qeydiyyat şöbəsində 15 fevral 2018-ci il tarixdə 19 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(053)-87/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 06 iyun 2018-ci il təvəllüdlü X6 və 29 oktyabr 2019-cu il təvəllüdlü X7 adlı uşaqlar onun yanında saxlanılmış, azyaşlıların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, təqaüdçülər üçün 220 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını zəruri hesab edir. O, həmçinin özünün heç bir yerdə işləmədiyini, valideynləri ilə yaşadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X6 06 iyun 2018-ci il tarixdə, X7 29 oktyabr 2019-cu il tarixdə anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(053)-87/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı nikahın pozulması tələbinə dair ərizəsi təmin edilərək tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 06 iyun 2018-ci il təvəllüdlü X6 və 29 oktyabr 2019-cu il təvəllüdlü X7 cavabdehanaları X2 yanında saxlanılmış, azyaşlılar - 06 iyun 2018-ci ildə anadan olmuş X6 və 29 oktyabr 2019-cu ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh X2 xeyrinə ödənilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 06 iyun 2018-ci il təvəllüdlü X4 və 29 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqları saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 06 iyun 2018-ci il təvəllüdlü X4 və 29 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1200 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 32 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(053)-87/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 06 iyun 2018-ci il təvəllüdlü X4 və 29 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar