Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-116/2023 14.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,04 manat məbləğində pulun tutularaq iddia ərizəsinə əlavə edilmiş müvafiq hesaba köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh Bəşirov X3 Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(053)-71/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində məhkumun üzərinə yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 05 oktyabr 2022-ci il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 07 oktyabr 2022-ci il tarixdə daxil olmuş və məhkum Cavabdeh 07 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş qolbağı kəsərək üzərindən çıxarmış və mobil nəzarət qurğusunu sındıraraq istifadəyə yararsız hala salmışdır. Məhkuma tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilərək protokol tərtib edilmiş və 24 noyabr 2022-ci il tarixdə ondan izahat alınmışdır. Eyni zamanda da, məhkum Bəşirov X3 Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(053)-71/2022 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş və Neftçala Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 7(053)-36/2022 saylı qərarı ilə təqdimat təmin edilərək, Cavabdeh Neftçala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(053)-71/2022 saylı hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 il 10 ay 13 gün hissəsi iki günə bir gün hesablanmaqla 11 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış məktubunda «ATTENTİ» markalı dəstin qiymətinin 2.277,4 manat olduğu göstərilmişdir. Beləliklə, Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsi dəstini sındıraraq yararsız hala salmaqla Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ümumilikdə 2.277,04 manat həcmində maddi zərər vurmuşdur. Qeyd edilən məbləğdə maddi zərər cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin 22 fevral 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, ondan 2.277,04 manat məbləğində maddi zərərin tutulmasına etirazının olmadığını bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 1(053)-71/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, Neftçala rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-71/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş 07 oktyabr 2022-ci ildə İddiaçı icraatına qəbul edilmişdir. Məhkum Cavabdeh 07 oktyabr 2022-ci ildə İddiaçındə qeydiyyata alınmış, həmin tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmanın yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. 24 noyabr 2022-ci il tarixli «azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə» protokolun məzmunundan görünür ki, 23 noyabr 2022-ci il tarixdə saat 22.00-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Monitorinq mərkəzində məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsindən «qolbaq açılıb» siqnalı gəldiyindən məhkum Cavabdeh 24 noyabr 2022-ci il tarixdə İddiaçınə dəvət olunaraq ona verilmiş mobil nəzarət qurğusu və qolbaq yoxlanılmışdır. Yoxlama zamanı məhkuma verilmiş «ATTENTİ» markalı 35650133 nömrəli mobil qurğunun ekranının sınmış, 078CE07560 nömrəli qolbağın isə kəsilmiş vəziyyətdə olması məlum olmuşdur. Təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırdığı üçün verilmiş təqdimat əsasında Neftçala Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 7(053)36/2022 saylı qərarı ilə Cavabdeh Neftçala Rayon Məhkəməsinin 1(053)-71/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 24 noyabr 2022-ci il tarixi üçün çəkilməmiş 01 (bir) il 10 (on) ay 13 (on üç) günlük hissəsi Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanladığı 06 avqust 2021-ci il tarixli məktubdan və həmin məktubda olan cədvəldən görünür ki, 1 dəst sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) qiyməti 2.277,04 manat təşkil edir. Beləliklə, işin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, cavabdeh Bəşirov X3 Rayon Məhkəməsinin 1(053)-71/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən ona tətbiq edilmiş elektron nəzarət vasitələrini sındırıb sıradan çıxarmaqla yararsız hala salmış və nəticədə 2.277,4 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 2.277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-116/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-116/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver