Məhkəmə qərarları › İş №2(053)-1167/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1167/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1167/2024 10.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən yararsız hala saldığı sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cihazla) ümumi dəyəri olan 2.277,40 manat məbləğində pulun tutulub (Müxbir hesab AZ41NABZ********************, VÖEN **********, KOD210005, SWİFTCTREAZ22, Hesab nömrəsi AZ50CTRE********************, Səviyyə kodu 7, Təsnifat kodu 142120, Valyuta AZN, VÖEN **********) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh Xəlilov X3 Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1(053)-49/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində məhkumun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 12 iyul 2023-cü il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 26 iyul 2023-cü il tarixdə daxil olmuş və məhkum Cavabdeh 04 avqust 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkuma 15 avqust 2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, həmçinin ona məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən daxil olmuş 27 iyun 2024-cü il tarixli məktubda məhkum Cavabdeh 07 iyun 2024-cü ildə saat 19:04-dən izləmə məlumatının gəlmədiyi göstərilmişdir. Bu səbəbdən məhkum İddiaçınə dəvət edilmiş və onun izahatı alınmışdır. Məlum olmuşdur ki, həmin tarixdə məhkum Cavabdeh qaynatası xəstə olduğu üçün arvadı ilə birlikdə onu ziyarət etməyə getmiş, qayıq vasitəsilə evə qayıdarkən qayığın burun hissəsi ot bağlamasına dəymiş və bu zaman silkələnmə baş vermişdir. Bunun nəticəsində suya düşmüş və suya düşən zaman üzərində olan «ATTENTİ» markalı 35630522 nömrəli mobil qurğunun yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış məktubunda «ATTENTİ» markalı dəstin qiymətinin 2.277,40 manat olduğu göstərilmişdir. Beləliklə, Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsi dəstini yararsız hala salmaqla Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ümumilikdə 2.277,40 manat həcmində maddi zərər vurmuşdur. Qeyd edilən məbləğdə maddi zərər cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək, qayıq vasitəsilə Kür çayından keçdiyi zaman müvazinətini itirdiyini və suya düşdüyünü bildirmişdir. Bu zaman qurğunun suya düşdüyünü və sındığını görmüşdür. Bununla bağlı dərhal icra məmuruna məlumat vermiş, şöbəyə gəlib izahat yazmışdır. Qeyd edir ki, qurğuya dəymiş ziyanın əvəzi olaraq ondan 2.277,40 manat məbləğində pulun tutulmasına etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 1(053)-49/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli hökmün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, Neftçala rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-49/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli hökmü və hökmün icrası barədə göstəriş 26 iyul 2023-cü ildə İddiaçı icraatına qəbul edilmişdir. Məhkum Cavabdeh 04 avqust 2023-cü ildə İddiaçındə qeydiyyata alınmış, həmin tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmanın yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. "xxxx" QSC-nin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanladığı 29 iyul 2021-ci il tarixli məktubdan və həmin məktubda olan cədvəldən görünür ki, 1 dəst sadə elektron qolbaq mobil nəzarət qurğusunun qiyməti 2.277,40 manat təşkil edir. «Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında» mütəxəssis rəyindən görünür ki, «ATTENTİ» markalı, 35630522 nömrəli mobil qurğu istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Beləliklə, işin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, cavabdeh Xəlilov X3 Rayon Məhkəməsinin 1(053)-49/2023 nömrəli 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən ona tətbiq edilmiş elektron nəzarət vasitələrini sıradan çıxarmaqla yararsız hala salmış və nəticədə 2.277,40 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 2.277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar