Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1207/2024 22.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən törədilən inzibati xəta nəticəsində ona məxsus nəqliyyat vasitəsinə dəymiş 15.660 manat zərər məbləğinin 10.660 manat həcmində olan hissəsinin, eyni zamanda məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 28 oktyabr 2024-cü il tarixdə etiraz ərizəsi göndərərək iddiaçının ona qarşı məlum iddiasının qismən - onun avtomobilinə dəymiş faktiki ziyanın həqiqi məbləği həcmində, təxminən 1000 manat həcmində müəyyən olunaraq ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1207/2024 nömrəli iş üzrə 04 noyabr 2024cü il tarixli qərardadı ilə Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. 14 noyabr 2024-cü il tarixdə iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək 2(053)- 1207/2024 nömrəli mülki iş üzrə 04 noyabr 2024-cü il tarixli qərardadla Məhkəməəmtəəşünaslıq ekspertizası təyin edildiyini, hazırda Cavabdeh ilə öz aralarında bu məsələni məhkəmədən kənar həll etdiklərini, bu səbəbdən mülki iş materialının qərardad qanuni qüvvəsini aldıqdan sonra Ekspertiza Mərkəzinə göndərilməməsini, iş üzrə icraatın təzələnərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı ərizə verərək cavabdeh ilə aralarında razılığa gəldiklərini, heç bir şikayətinin olmadığını, “Dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” ərizəsini geri götürdüyünü qeyd edərək iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş edir. Cavabdeh da həmçinin ərizə verərək iddiaçı ilə aralarında razılığa gəldiklərini, ərizənin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – İddiaçı qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1207/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1207/2024
22.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver