Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1308/2024 24.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş övladları - 27 yanvar 2018-ci il təvəllüdlü X9 və 12 iyul 2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa 235 manat, cəmi 470 manat olmaqla alimentin artırılaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından anadan olmuş 27 yanvar 2018-ci il təvəllüdlü X9 və 12 iyul 2019-cu il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin 28 avqust 2023-cü-cü il tarixli, 2(053)-466/2023 saylı qətnaməsi ilə hər ay hər uşağa 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüş, xərcləri kifayət qədər artmış və verilən aliment onların xərclərini ödəmir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq cavabdehdən alimentin artırılmasını tələb edir. Odur ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləğində 235 manat, cəmi 470 manat olmaqla alimentin artırılmasını istəyir. X2 apardığı ilkin mediasiya prosesində iştirak edilmiş, qarşı tərəf də iştirak etdiyi üçün ilkin mediasiya sessiyasında davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş və 50 manat rüsum ödənilmişdir. İş üzrə məhkəmə hazırlıq iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardığını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq cəmi 300 manat istədiyini bildirərək növbəti məhkəmə iclasında iştirak edə bilmədiyi halda işə iştirakı olmadan baxılıb, qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul edərək bildirmişdir ki, X11 LTD şirkətində işləyir, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat aliment ödəməyə imkanı çatır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 27 yanvar 2018-ci il təvəllüdlü X9 və 15 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqlar anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(053)-466/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment” tələbinə dair ərizəsi təmin edilərək tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 27 yanvar 2018-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X3 iddiaçı X6 yanında qalmaları müəyyən edilmiş, 27 yanvar 2018-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğudan görünür ki, Cavabdeh “X7 LTD şirkəti”ndə” operator vəzifəsində işləyir və əmək haqqı üzrə vəzifə maaşı 492,48 AZN təşkil edir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddia ərizəsində X3 doğum tarixi 12 iyul 2019cu il kimi qeyd olunsa da, hüquqmüəyyənedici sənədlərdə 15 avqust 2019-cu il kimi qeyd olunmuşdur. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan 28 avqust 2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 27 yanvar 2018-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqlarını saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi təmin edilməli, 27 yanvar 2018-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin artırlmış miqdarı 1.200 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 32 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(053)-466/2023 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş sabit miqdarı artırılsın. 27 yanvar 2018-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydalarla tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1308/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1308/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver