Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-137/2023 17.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçala rayon filialına qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçala rayon filialına qarşı iddia ilə məhkəməyə müraciət edərək, bloklaşdırılmış kart hesabı üzərindən aparılan mədaxil və məxaric əməliyyatları ilə əlaqədar hesabından qanuni əsaslarla köçməli olan pul vəsaitlərinin qanunsuz olaraq silinməsi ilə bağlı ona dəymiş 2.800 (iki min səkkiz yüz) manat, pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi 60 (altmış) manat və ödədiyi 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumuna ekvivalent məbləğin, ümumilikdə 2.909 (iki min doqquz yüz doqquz) manat pul məbləğinin "xxxx" ASC-nin Neftçala filialından tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MM-nin 53.3-cü maddəsinə əsasən «Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər...». Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən «Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər». İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun deyil. İddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Neftçala rayon filialına qarşı iddia qaldırmaqla ona dəymiş zərərin əvəzini məhz həmin filialdan tələb edir. Mülki və mülki-prosessual qanunvericiliyin yuxarıda istinad edilən müddəalarından isə görünür ki, filial hüquqi şəxs olmaması səbəbindən məhkəmədə cavabdeh qismində iştirak edə bilməz. Hüquqi şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi ünvanı isə «AZ 1014, Bakı şəhəri, ünvan 1a Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinin Neftçala rayon filialına qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-137/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-137/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver