Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-146/2023 30.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 oktyabr 2021-ci il tarixli 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi üzrə 1.728,52 manat əsas borc və 259,28 manat cərimə borcu, 21 oktyabr 2021-ci il tarixli 520- EMB-0766-21 nömrəli kredit müqaviləsi üzrə 701,87 manat əsas borc və 105,28 manat cərimə borcu, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,35 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2.843,30 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərtilə 2.671.00 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 21 oktyabr 2021-ci il tarixli 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi bağlanmışdır. BOKT "xxxx" QSC ilə Cavabdeh arasında həmçinin 21 oktyabr 2021-ci il tarixli 520-EMB-0766-21 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən 19 ay müddətinə qaytarılmaq şərtilə 1.112,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən «Borcalan» müqavilə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə «Borcverən» kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə «Borcalan» özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Cavabdeh BOKT "xxxx" QSC-yə 09 dekabr 2022-ci il tarixə 21 oktyabr 2021-ci il tarixli 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1.728,52 manat, faiz borcu 0,00 manat, cərimə borcu 259,28 manat, 21 oktyabr 2021-ci il tarixli 520-EMB-0766-21 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 701,87 manat, faiz borcu 0,00 manat, cərimə borcu 105,28 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumi borcu 2.794,95 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 16 iyun 2022-ci il tarixli, 2219/22 nömrəli, 04 iyul 2022-ci il tarixli, 2456/22 nömrəli və 20 iyul 2022-ci il tarixli, 2865/22 nömrəli pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələrin şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 21 oktyabr 2021-ci ildə bağlanmış 520-EMB-0765-21 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" QSC – «Borcverən» və Cavabdeh – «Borcalan» olmaqla, Cavabdeh illik 0 % ödəmək şərti ilə 19 ay müddətinə 2.671,00 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında eyni tarixdə bağlanmış 520-EMB-0766-21 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" QSC – «Borcverən» və Cavabdeh – «Borcalan» olmaqla, Cavabdeh illik 0 % ödəmək şərti ilə 19 ay müddətinə 1.112,00 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh BOKT "xxxx" QSC-yə olan borcunun müvafiq cədvəl qrafiklərinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlllərini Cavabdeh imza etmişdir. Həmin ödəniş cədvəllərinə əsasən hər iki müqavilə üzrə ödənişin son tarixi 22 may 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, borcalan Cavabdeh 21 oktyabr 2021-ci il tarixli, 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi üzrə borcverən BOKT "xxxx" QSC-yə arayışın tərtib olunduğu tarixə əsas borcu 1.728,52 manat və cərimə borcu 259,28 manat, 21 oktyabr 2021-ci il tarixli, 520- EMB-0766-21 nömrəli kredit müqaviləsi üzrə isə əsas borcu 701,87 manat, cərimə borcu 105,28 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 21 oktyabr 2021-ci il tarixli, 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi üzrə 20 manat, 21 oktyabr 2021-ci il tarixli, 520-EMB-0766-21 nömrəli kredit müqaviləsi üzrə isə 10 manat məbləğinə qədər azaldılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti, ona hesablanmış faizləri və cəriməni tələb etmək hüququna malikdir. BOKT "xxxx" QSC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 47,95 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq 44,60 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 oktyabr 2021-ci il tarixli, 520-EMB-0765-21 nömrəli kredit müqaviləsi üzrə 1.728 (min yeddi yüz iyirmi səkkiz) manat 52 (əlli iki) qəpik əsas borc və 20 (iyirmi) manat cərimə borcu, 21 oktyabr 2021-ci il tarixli, 520-EMB-0766-21 nömrəli kredit müqaviləsi üzrə 701 (yeddi yüz bir) manat 87 (səksən yeddi) qəpik əsas borc və 10 (on) manat cərimə borcu, cəmi 2460,39 (iki min dörd yüz altmış) manat 39 (otuz doqquz) qəpik məbləğində borc, habelə 44 (qırx dörd) manat 60 (altmış) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-146/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-146/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver