Məhkəmə qərarları › İş №2(053)-163/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-163/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-163/2023 06.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********85342 olan, SAMSUMG GALAXY A10S markalı telefon üçün 171,6 manat ödənilməmiş hissə, 17 manat cərimə; 24 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, KOMBİ HOFFMANN, QAZ REQULYATOR TEXNOGAZ üçün 157,5 manat ödənilməmiş hissə, 15 manat cərimə; 21 may 2021-ci il tarixli müqaviləyə əsasən MİKRODALĞALİ SOBA TOSHİBA üçün 102,8 manat ödənilməmiş hissə, 10 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən SEKSİYA HOFFMANN üçün 33 manat ödənilməmiş hissə, 3,1 manat cərimə olmaqla, ümumilikdə 510 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 06 aprel 2021-ci il, 24 oktyabr 2020-ci il, 21 may 2021-ci il və 26 dekabr 2020-ci tarixli müqavilələrə əsasən İmei kodu **********85342 olan, SAMSUMG GALAXY A10S markalı telefon, KOMBİ HOFFMANN, QAZ REQULYATOR TEXNOGAZ, MİKRODALĞALİ SOBA TOSHİBA və SEKSİYA HOFFMANN almış və nəticədə 510 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 403,2 manat (18 ay x 22,4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85342 olan, SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə 188,6 manat olmaqla ondan, 171,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə miqdarında borc yaranmışdır. 24 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1074,6 manat (18 ay x 59,7 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ HOFFMANN,QAZ REQULYATOR TEXNOGAZ üçün ümumilikdə, 172,5 manat olmaqla ondan 157,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə; 21 may 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 239,4 manat (12 ay x 13,3 manat + 0 manat ilkin ödəniş) olan MİKRODALĞALİ SOBA TOSHİBA üçün ümumilikdə, 112,8 manat olmaqla ondan, 102,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə; 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 315 manat (18 ay x 17,5 manat + 0 manat ilkin ödəniş) olan SEKSİYA HOFFMANN üçün ümumilikdə, 36,1 manat olmaqla ondan, 33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,1 manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1567,3 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 403,2 manat, İmei kodu **********85342 olan, SAMSUMG GALAXY A10S markalı telefon hər ay 22,4 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1074,6 manat olan, KOMBİ HOFFMANN, QAZ REQULYATOR TEXNOGAZ hər ay 59,7 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 21 may 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 239,4 manat olan, MİKRODALĞALİ SOBA TOSHİBA hər ay 13,3 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 26 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 315 manat olan SEKSİYA HOFFMANN hər ay 17,5 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdehnın 06 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 171,6 manat ödənilməmiş əsas məbləğ və 17 manat cərimə olmaqla – cəmi 188,6 manat, 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 157,5 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə olmaqla – cəmi 172,5 manat, 21 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 102,8 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə olmaqla – cəmi 112,8 manat və 24 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 33 manat ödənilməmiş əsas məbləğ və 3,1 manat cərimə olmaqla – cəmi 36,1 manat məbləğində borcu vardır. İşdə olan “satıcı” ilə “alıcı” arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu cəmi 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 06 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 171,6 manat ödənilməmiş əsas məbləğ, 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 157,5 manat ödənilməmiş əsas məbləğ, 21 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 102,8 manat ödənilməmiş əsas məbləğ və 26 dekabr 2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə 33 manat ödənilməmiş əsas məbləğ, 10 manat cərimə olmaqla – cəmi 474,9 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 aprel 2021-ci il tarixli müqavilə üzrə 171,6 (yüz yetmiş bir) manat 60 (altmış) qəpik məbləğində əsas borc, 24 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 157,5 (yüz əlli yeddi) manat 50 (əlli) qəpik əsas borc, 21 may 2021-ci il tarixli müqavilə üzrə 102,8 (yüz iki) manat 8 (səkkiz) qəpik əsas borc və 26 dekaabr 2020-ci il tarixli müqavilə üzrə 33 (otuz üç) manat əsas borc və 10 (on) manat cərimə olmaqla, cəmi 474,9 (dörd yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar