Məhkəmə qərarları › İş №2(053)-175/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-175/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-175/2023 23.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 nömrəli "Nağd pul krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 2425,68 manat məbləğində əsas borc, 480,36 manat məbləğində faiz borcu, 1024,10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3930,14 manat pul məbləğinin, həmçinin İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 nömrəli "Kredit xətti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 299,89 manat məbləğində əsas borc, 66,45 manat məbləğində faiz borcu, 148,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 515,09 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 64,45 manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 saylı "Nağd pul krediti müqaviləsi" bağlanılmış və illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2700 manat məbləğində kredit (Müqavilənin 3.8-ci bəndinə əsasən "Kredit alan"ın "Kart hesabı"na köçürülməklə) ona verilmişdir. Həmçinin Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 saylı "Kredit xətti müqaviləsi" bağlanılmış və illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 saylı "Nağd pul krediti müqaviləsi" üzrə ümumilikdə 3930,14 manat məbləğində borcu, eləcǝ də xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 saylı "Kredit xətti müqaviləsi" üzrə ümumilikdə 515.09 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan"ın vəzifəsidir. İşin məhkəmədə baxılması 03 mart 2023-cü il tarixə təyin edilmiş, məhkəmə bildirişi, ərizənini surəti iş üzrə Cavabdeh göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü ərzində iddiaya qarşı etiraz daxil olmamışdır. Neftçala Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(053)-175/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti olduğundan iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 nömrəli "Nağd pul krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 2425,68 manat məbləğində əsas borc, 480,36 manat məbləğində faiz borcu, 1024,10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3930,14 manat pul məbləğinin, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 nömrəli "Kredit Xətti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 299,89 manat məbləğində əsas borc, 66,45 manat məbləğində faiz borcu, 148,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 515,09 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 64,45 manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün artması səbəbi ilə əlaqədar olaraq, "Bank VTB (Azərbaycan)" ASC-nin münasibət bildirməli olduğu zəruri (ekspertiza təyin olunması, ziddiyyətli ekspert rəyinin tədqiq edilməsi və Bankın mənafeyi ilə ziddiyyət təşkil edən digər) hallar istisna olmaqla hazırki mülki işə Bankın məhkəmə iclaslarında iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən görünr ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 saylı "Nağd pul krediti müqaviləsi" bağlanılmış və illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2700 manat məbləğində kredit (Müqavilənin 3.8-ci bəndinə əsasən "Kredit alan"ın "Kart hesabı"na köçürülməklə) ona verilmişdir. Həmçinin Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 saylı "Kredit xətti müqaviləsi" bağlanılmış və illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş 01 dekabr 2022-ci il tarixli maliyyə arayışları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 nömrəli "Nağd pul krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə 2425,68 manat məbləğində əsas, 480,36 manat məbləğində faiz, 1024,10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3930,14 manat, xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 nömrəli "Kredit Xətti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə 299,89 manat məbləğində əsas, 66,45 manat məbləğində faiz, 148,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 515,09 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış cərimənin miqdarı xx.xx.2021-ci il tarixli, 295580-CNS-27992 nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli, 295580-OVR-16857 nömrəli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. İddiaçı ASC məhkəməyə müraciət edərkən 64,45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə uygun olaraq hesablanmaqla cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2021-ci il tarixli, 295580-CNS-27992 nömrəli müqavilə üzrə 2425,68 (iki min dörd yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 480,36 (dörd yüz səksən manat otuz altı qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2936,04 (iki min doqquz yüz otuz altı manat dörd qəpik) manat məbləğində borc, 19 noyabr 2021-ci il tarixli, 295580- OVR-16857 nömrəli kredit müqaviləsi üzrə 299,89 (iki yüz doxsan doqquz manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 66,45 (altmış altı manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 376,34 (üç yüz yetmiş altı manat otuz dörd qəpik) manat məbləğində borc və 53,12 (əlli üç manat on iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar