Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-179/2023 07.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Cavabdeh qarşı “təbiətə dəymiş ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, Həsənabad qəsəbə sakini, Cavabdeh təbiətə dəymiş ziyana görə 22,00 manat tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əməkdaşları tərəfindən Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, Xəzər dənizi sahilində, Neftçala rayonu, Həsənabad qəsəbə sakini Cavabdeh tərəfindən qanunsuz olaraq balıq ovlanması faktı aşkar edilmişdir. Bununla da Neftçala rayonu, Həsənabad qəsəbə sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"nın tələbləri pozulmuşdur. Bu faktla əlaqədar 31 avqust 2020-ci il tarixində 62760 saylı Akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxış zamanı İddiaçı rəisi tərəfindən Neftçala rayonu, Həsənabad qəsəbə sakini Nəcəfov X1 Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 16 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarına əsasən 22,00 (iyirmi iki manat) manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı 16 sentyabr 2020-ci il tarixli 3RETSİ/281-20 saylı məktubla rəsmi müraciət olunsa da onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “təbiətə dəymiş ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31 avqust 2020-ci il tarixli, 62760 saylı aktdan görünür ki, İddiaçı əməkdaşları Neftçala rayonu Yeniqışlaq kəndi ərazisində, Xəzər dənizində balıq və digər bioloji resursların istifadəsinə və mühafizəsinə nəzarət istiqamətində reyd keçirmişdir. Reyd zamanı Xəzər dənizinin Yeniqışlaq kəndi ərazisində həmin kəndin sakini Cavabdeh Abas oğlundan balıq ovlanmasında istifadə etdiyi 01 (bir) ədəd, uzunluğu 12 metr, gözlərinin ölçüsü, 52x52 millimetr olan, qanunla istifadəsi qadağan olunmuş sintetik təksaplı (jilka) tor və ovlanmış olduğu 01 (bir) ədəd çəki balığı maddi sübut kimi aşkar edilərək götürülmüşdür. İşdə olan 31 avqust 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 31 avqust 2020-ci il tarixdə Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, Xəzər dənizinin sahilində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 16 sentyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 31 avqust 2020-cu il tarixdə Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində, Xəzər dənizinin sahilində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan İddiaçı məsləhətçi-müfəttişi Əliheydər Zeynalov tərəfindən tərtib olunmuş hesabatdan görünür ki, Cavabdeh götürülmüş bir ədəd çəki balığının qanunsuz ovlanması nəticəsində təbiətə 22 (iyirmi iki) manat ziyan dəymişdir. İşdə olan İddiaçı xəbərdarlıq məktubunun (pretenziyanın) məzmunundan görünür ki, İddiaçı Cavabdeh təbiətə 22 manat məbləğində dəymiş ziyanın ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə balıqçılıq su obyektlərində müxtəlif fəaliyyət növlərindən balıq və digər su bioresurslarına dəyən zərərli təsirin qarşısının alınması mümkün olmadıqda balıq və digər su bioresurslarına vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbiətə dəymiş ziyana görə 22 (iyirmi iki) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 22 (iyirmi iki) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-179/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-179/2023
07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver