Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-181/2023 03.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, ünvan 1 ünvanında yerləşən “Elekro Center” mağazasının sahibi, iddiaçı X2 Neftçala rayonu, Dördlər kəndində yaşayan, Cavabdeh1, Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X1 iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zaminləri Cavabdeh2 və Cavabdeh3 1535 manat əsas borc və 35.35 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin Azərbaycan Respublikası MPM-nin 284-3cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, iddiaçı X2 məhkəməyə göndərdiyi ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 12 oktyabr 2021-ci il tarixdə, 1047 saylı, 01 avqust 2021-ci il tarixdə isə 962 saylı müqavilələr bağlanmış və eyni tarixli (hissə-hissə) alqı-satqı müqavilələri imzalanmışdır. 01 avqust 2021-ci il tarixli müqavilə üzrə zaminlik müqavilələri ərizəyə əlavə olunsa da, 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə zaminlik müqaviləsi, eyni zamanda iş üzrə tərtib olunmuş maliyyə arayışı ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə olunmalıdır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ərizəyə baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir və ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və zaminləri Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-181/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-181/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver