Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-193/2023 07.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən Neftçala Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, uşaqları – 12 fevral 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin 19 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşaqlarının üç yaşına çatana kimi saxlanılmaları üçün hər ay 150 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahlarını Neftçala rayonu, Qaçaqkənd kənd İƏD üzrə nümayəndəliyində qeyd etdirmələ ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 12 fevral 2021-ci il tarixdə X11 dünyaya gəlmişdir. Cavabdehlə ayrıldıqları üçün uşağı maddi cəhətdən saxlamağa çətinlik çəkmiş və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(053)-618/2022 saylı qətnaməsi ilə Polad adlı uşağının saxlanması üçün hər ay cavabdehdən 100 manat sait pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Həmin aliment məbləği ilə hazırda uşağı saxlamaqda çətinlik çəkir və alimentin artırılaraq 200 manat olmasını istəyir. Bundan əlavə o, cavabdehlə yaşadığı müddətdə 19 sentyabr 2022-ci ildə onların X9 adlı uşaqları olduğunu, uşağın təkbaşına saxlanmasında çətinlik çəkdiyinə üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tələb etdiyini, eyni zamanda uşaqlarının üç yaşına çatana kimi saxlanmaları üçün hər ay 150 manat alimetin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək iddiaçının bundan əvvəlki məhkəmələrdə də iştirak etmədiyini, bu məsələlərə heç bir aydınlıq gətirmədiyini bildirmişdir. Qeyd edir ki, bundan əvvəl iddiaçı evdən gedəndə bir uşaqları olmuş, bir müddət sonra demişlər ki, bir uşağı da olacaq. Təəssüf ki, o uşaqlarının üzünü görə bilmir. Hər ay müəyyən olunmuş alimenti ödəyir, lakin iddiaçı alimentin artırılmasını tələb edir. Rəsmi iş yeri olmadığı üçün tələb olunan aliment məbləği onun üçün çoxdur. Bu səbəbdən ümumilikdə iki uşaq üçün cəmi 150 manat aliment ödəyə bilər. Gələcəkdə iş yeri olarsa alimenti artıq ödəyə bilər. Qeyd etdiklərini nəzərə alaraq ondan hər iki uşağının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin müəyyən olunmuş miqdarının sabit olaraq 150 manatadək artırılmasını xahiş edir. Məhkəmə iddiaçınının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 22 may 2020-ci ildə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Səmədova” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 12 fevral 2021-ci ildə X12 və 19 sentyabr 2022-ci ildə X9 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-618/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən, 12 fevral 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. İşin faktik hallarından görünür ki, 12 fevral 2021-ci il təvəllüdlü X2 ailənin digər üzvü 19 sentyabr 2022-ci il təvəllüdlü X9 anadan olmuş və ailənin maddi təminatı daha da artmışdır. Məhkəmə eyni zamanda 12 fevral 2021-ci il təvəllüdlü X7 2022-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2022-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-618/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının 12 fevral 2021-ci il təvəllüdlü X10 aid hissədə artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 12 fevral 2021-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Həmin Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən “hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən cavabdeh X8 qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia X5 aid hissədə qismən təmin olunmalı, uşağın əvvəlki təminat səviyyəsinin saxlanması üçün cavabdeh X6 İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 140 manat olmaqla müəyyən edilməli, tərəflərin hazırkı vəziyyətdə rəsmi nikahda olmaları nərəzə alınaraq uşaqların üç yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehdən alimentin tutulmasına aid hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsi məhkəməyə 27 yanvar 2023-cü ildə daxil olub. Beləliklə, alimentin hesablanması və ödənilməsi 27 yanvar 2023-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də cavabdeh X6 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.360 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 53,60 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-618/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən 12 fevral 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 12 fevral 2021-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. 19 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 27 yanvar 2023-cü il tarixdən etibarən həyata keçirilsin. X1 aid hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 53,60 (əlli üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-193/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-193/2023
07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver