Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-198/2025 17.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audi video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş ziyana görə 2.430 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 44,30 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin 20 fevral 2025-ci il tarixli hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını, cavabdehin maddi durumunu nəzərə alıb hazırda ondan 1350 manat dəymiş ziyana görə pul tələb etdiyini bildirmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Neftçala rayonu, Qədimkənd kəndində ailəsi ilə birlikdə yaşayır. 19 oktyabr 2024-cü il tarixdə, saat 18:20-də özünə məxsus idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” unuversal markalı avtomobili ilə Neftçala-Salyan avtomobil yolunda Salyan istiqamətində hərəkətdə olduğu zaman qəfildən hərəkət hissəsinə avtomobil yoluna sag ehtiyat hissədən çıxan bir baş iri buynuzlu heyvanı görüb, idarəetməni itirərək avtomaşını saxlaya bilməyib iri buynuzlu heyvanı (inǝk) vurmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə vaxtı bir baş iri buynuzlu heyvan tələf olmuşdur. Hadisədən əvvəl idarə etdiyi avtomobillə saatda 50 - 60 km sürətlə hərəkətdə olmuşdur. Hadisədən sonra tələf olmuş bir baş iri buynuzlu heyvanın Neftçala rayonu 1-ci Qaralı kənd sakini Kamran Qafarova məxsus olduğunu bilmişdir. Hadisədən sonra hadisə barədə Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarına dərhal məlumat vermişdir. Bir neçə dəqiqədən sonra DYPB-nin əməkdaşları təhqiqatçı ilə birlikdə hadisə yerinə gəlmişlər. Hadisə yerində təhqiqatçı hadisə yerinin sxemini və avtomobilinin və eləcə də bir baş tələf olmuş heyvanın foto şəklini çəkərək protokol tərtib etmişdir. O da protokolla razılaşaraq imzalamışdır. Hadisədən əvvəl alkoqollu içki qəbul etməmiş, hadisə vaxtı avtomobildə tək olmuşdur. Hadisədən əvvəl onunla əks istiqamətdə olan avtomobilin işığı gözünə düşdüyü üçün heyvanı təxminən 1 - 2 metr məsafədə görmüş və əyləcdən istifadə edə bilməmişdir. Hadisə nəticəsində avtomobilinin ön kapotu zədələnmiş, alın şüşəsi sınmış, ön sağ fara sınmış, ön sağ qanad zədələnmiş, ön sağ güzgü sınmışdır. Hadisə nəticəsində avtomobilinə usta zəhmət haqqısı ilə birlikdə təxminən 2.430 (iki min dörd yüz 30 manat) məbləğində maddi ziyan dəymişdir. Bu vaxta kimi cavabdeh ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Bu işlə bağlı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Hazırda cavabdehdən avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb edir. Göstərilənlərə əsasən borcun və dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin 20 fevral 2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası zamanı Cavabdeh ərizə təqdim edərək İddiaçı dəymiş maddi ziyanla bağlı aralarında razılaşma olduğunu və ona 1.350 manat pul ödəməyə razı olduğunu bildirərək iddiianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin mənasına görə cavabdeh qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə bilər. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən “İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı iddianın həcmini azaltması barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanla bağlı pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1.350 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 44,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin əsas etibarilə təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,40 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 1.350 (min üç yüz əlli) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 44,40 (qırx dörd manat qırx qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-198/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-198/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver