Məhkəmə qərarları › İş №2(053)-199/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-199/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-199/2023 04.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq iddiaçı "OBA Market” MMC ilə Cavabdeh arasında 28 fevral 2022-ci il tarixli "Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 1141.27 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2022ci il tarixinə "OBA Market” MMC-yə yekun olaraq 1141.27 (min yüz qırx bir) manat 27 (iyirmi yeddi) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir ödəniş olmamış və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Ona görə də Cavabdeh tərəfindən ödənilməmiş 1141,27 (min yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borcun və eyni zamanda ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Oba Market» MMC-nın nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçı “Oba Market" MMC-də administrator işləmiş, hazırda işsizdir. Həqiqətən də iddiaçı “Oba Market" MMC ilə arasında 28 fevral 2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlamışdır. Üzərinə götürdüyü öhdəliyi icra etməməsinə səbəb işsiz olmasıdır. Onun hazırda iddiaçıya 1141,27 manat məbləğində borcu vardır. Borcunu ödəməkdən imtina etmir, lakin hal-hazırda heç bir yerdə işləmir və borcunu hissə-hissə ödəyəcək. Qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 28 fevral 2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, Cavabdeh iddiaçı “Oba Market" MMC-nə ümumilikdə 1141,27 (min yüz qırx bir manat iyirmi yeddi qəpik) manat borcunun olduğunu etiraf etmiş və bu məbləğin 12 ay ərzində ayda 95,11 manat olmaqla iddiaçıya ödənilməsi öhdəliyini götürmüşdür. İşdə olan 01 dekabr 2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin nəticəsi barədə arayışdan görünür ki, 28 fevral 2022-ci il tarixində Cavabdeh ilə bağlanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən cavabdeh iddiaçı “Oba Market" MMC-yə olan borcunu qəbul edərək həmin borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən cavabdehin 01 dekabr 2022-ci il tarixinə 1141,27 (min yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borcu qalmışdır. İşdə olan İddiaçı MMC-nin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 32 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1141,27 manat məbləğində borc və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1141,27 (min yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar