Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-208/2025 13.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Orucalı oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Orucalı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Orucalı oğlu Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 450 manat, əldən çıxmış fayda kimi 1.550 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 2.040 manat pul vəsaitinin xeyrinə tutularaq ödənilməsi haqqında qətnamə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Orucalı oğlu işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 16:18-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, Aşağı Qaramanlı kəndində taxıl sahəsində həmkəndlisi Cavabdeh ona məxsus sahədə heyvan otarması, həmçinin bel parçası ilə onu hədələməsi barədə məlumat vermişdir. İş Neftçala rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X3 icraatında olmuşdur. Qeyd edir ki, o Neftçala rayonu, Aşağı Qaramanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Kəndin çöl əkin ərazisindən ona və ailə üzvlərinə pay torpaqlarının bölgüsü zamanı 12 avqust 2003-cü il tarixində 11,15 ha əkin üçün pay torpaq sahəsi ayrılaraq onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Qeyd olunan torpaq sahəsinin 6 ha sahəsi ayrı ərazidə, 5,15 ha torpaq sahəsi isə ayrı ərazidə yerləşir. Həmin sahələrdən qeyd olunan 5,15 ha torpaq sahəsinə taxıl, 6 ha torpaq sahəsinin 1 ha sahəsinə taxıl, 5 ha isə yonca əkmişdir. Həmkəndlisi Cavabdeh ilə aralarında heç bir ədavət və ziddiyyət olmamışdır. Lakin 20 aprel 2024-cü il tarixdə saat təxminən 07:00-da əkin sahələrinə baxmaq istədikdə Əhmədin xırda buynuzlu heyvanlarını 1 ha torpaq sahəsinə - əkdiyi taxıl sahəsinə salaraq otardığını və sahədə olan taxılı yararsız vəziyyətə saldığını aşkar etmişdir. Həmin vaxt Əhmədə iradını bildirdikdə o, onunla mübahisə edərək yaxşı edib otardığını bildirərək əlində olan bellə üzərinə gəlmişdir. Həmin vaxt Əhməd onu bellə vuracağı ilə hədələmişdir. Cavabdeh xırda buynuzlu heyvanlarını onun əkin sahəsinə salıb otarması və yarasız hala salması nəticəsində ona şum, mala toxum və suvarma xərcləri ilə birlikdə 450 manat nəbləğində maddi ziyan dəymişdir. Cavabdeh heyvanları onun yanında otarıb. Hadisənin özündən başqa şahidi yoxdur. Özü gözləri ilə görmüşdür. Təqdim etdiyi sübutlardan başqa sübüt təqdim edə bilmir. Məsələ ilə bağlı şikayətinə əsasən iş Neftçala RPŞ tərəfindən icraata götürülsə də, lakin Neftçala RPŞ tərəfindən 27 aprel 2024-cü il tarixində Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Cavabdeh əməlində cinayət tərkibi olduğu halda Neftçala RPŞ tərəfindən qanunsuz və əsassız olaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi üçün Neftçala Rayon Məhkəməsinə həmin qərardan şikayət etmişdir. Digər tərəfdən baş vermiş hadisə nəticəsində taxıl sahəsi yararsız hala düşmüş və həmin taxıl sahəsindən istifadə nəticəsində gələcəkdə əldə edəcəyi 1550 (min beş yüz əlli) manat gəlirdən də məhrum olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh onun xeyrinə dəymiş ziyana görə 450 (dörd yüz əlli) manat, əldən çıxmış fayda kimi 1550 (min beş yüz ǝlli) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat ümumilikdə 2040 (iki min qırx) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh işin məhkəmə baxışı iclası zamanı 20 aprel 2024-cü il tarixdə Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin sədri (mərhum) X2, Aşağı Qaramanlı kənd İƏDÜN-si X4, Neftçala rayon İcra Hakimiyyətindən adını bilmədiyi nümayəndə, Salyan rayon Mil-Muğan kollektorlar idarəsindən adını bilmədiyi nümayəndənin İddiaçı Orucəli oğlunun şikayəti əsasında həmən əraziyə baxış keçirdiklərini bildirmişdir. Qeyd edir ki, İddiaçı Orucəli oğlu şikayət etmişdir ki, Cavabdeh onun pay torpağında olan taxılı xırda baş heyvanlarla otarıb. Baxış zamanı məlum olmuşdur ki, həmən ərazi bələdiyyəyə məxsus torpaq sahəsidir. Onun ərazidə 0.28 ha torpaq sahəsi var. O, özü örüş sahəsini korlayıb yəni şumlayıb əkib, hətta kollektorun qoruma zolağını da şumlayaraq əkmişdir. Baxış keçiriləndən sonra Mil-Muğan kollektorlar idarəsinin əməkdaşları kollektoru qazıb həmən ərazini örtmüşlər. O bələdiyyə torpağında qanunsuz olaraq əkin əkmişdir. O kənd camaatının heyvanlarını otarır. O heç vaxt iddiaçıya məxsus əkin sahəsinə heyvan salmamışdır. Həmən vaxt onu Neftçala rayon Polis şöbəsinə çağırmışlar. Tədqiqatçı polis mayoru X5 ondan izahat almış, onun şikayətinin həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı ərizəsində göstərir ki, bel parçası ilə onu hədələyib, amma onun əlində heçnə olmayıb, ümumiyyətlə həmən ərazidə o iddiaçını görməmişdir. Ərizədə göstərilən iddialar yalandır, ona heç bir ziyan vurmamışdır. Otardığı ərazi köhnə çardağın ərazisi olmuş və öruş sahəsidir. Bu səbədən iddianı qəbul etmir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 6(053)-2/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Polis X1 təhqiqatçısı X3 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 27 aprel 2024-cü tarixli qərarı ilə bağlı İddiaçı şikayəti təmin edilməmiş, Neftçala Rayon Polis X1 müstəntiqi X3 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 27 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. 17 dekabr 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Orucalı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qoşma hissəsində 27 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti əlavə olunduğu göstərilsə də, iddia ərizəsində həmin sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Qeyd olunur ki, cavabdeh həm polis şöbəsində izahat verərəkən həm də məhkəmə iclası zamanı iddiaçıya məxsus torpaq sahəsində heyvan otarmadığını, ona ziyan vurmadığını, heyvan otardığı ərazinin örüş sahəsi olmaqla iddiaçıya aid ərazi olmadığını, qeyd edilənlərin şər və böhtan xarakterli olduğunu bildirmişdir. Cavabdehin bildirdiklərini iddiaçı tərəf qəbul etməsə də iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməli olduğu halda iddiaçı bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Orucalı oğlunun Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-208/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-208/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver