Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-209/2023 28.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sayılov Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, cavabdeh Sayılov Cavabdeh himayəsində qalan 05 aprel 2012-ci il təvəllüdlü Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Sayılov Cavabdeh 16 aprel 2018-ci il tarixdən başlayaraq 05 aprel 2012-ci il təvəllüdlü qızı Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanıması üçün onun xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Uşaq yetkinlik yaşına çatmadığından və özü heç bir yerdə işləmədiyindən həmin məbləğlə uşağın saxlanmasında, sağlam böyüməsində, qidalanmasında və vaxtında müayinə və müalicə olunmasında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşmişdir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər uşaq üçün 90 (doxsan) manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o, uşağın saxlanmasında və yuxarı qeyd olunan üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək,yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş məbləğinin dəyişdirilərək, cavabdeh Sayılov Cavabdeh himayəsində qalan 05 aprel 2012-ci il təvəllüdlü Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat vermişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh Sayılov Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdeh Sayılov Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(053)- 347/2018 saylı qətnaməsindən görünür ki, X1 Sayılov Cavabdeh qarşı nikahın pozulması, azyaşlı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair ərizəsi qismən təmin edilərək, 16 aprel 2018-ci il tarixdən başlayaraq 05 aprel 2012-ci ildə anadan olmuş Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay cavabdeh Sayılov Cavabdeh sabit pul məbləğində hər ay 100 (yüz) manat məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan Neftçala rayon Bankə qəsəbə İƏÜN tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Sayılova Nuray Cavabdeh qızı 05 aprel 2012-ci il tarixdə anadan olmuşdur. İşdə olan Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Sayılov Cavabdeh X3 ilə olan nikahı ləğv edilmiş, nikahdan sonra qadına (Əliyeva) soyadı verilmişdir. İşdə olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 yanvar 2023-cü il tarixli arayışın məzmunundan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən cavabdeh Sayılov Cavabdeh tərəfindən 05 aprel 2012-ci il təvəllüdlü Sayılova Nuray Cavabdeh qızının saxlanması üçün hər ay iddiaçı Əliyeva (Sayılova) Aynur Fərman qızına cavabdeh Sayılov Cavabdeh tutulmaqla 100 (yüz) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 05 aprel 2012-ci il təvəllüdlü Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü cavabdeh Sayılov Cavabdeh iddiaçı Əliyeva (Sayılova) Aynur Fərman qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Sayılov Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(053)- 347/2018 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 05 aprel 2012-ci il təvəllüdlü Sayılova Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdeh Sayılov Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Sayılov Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-209/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-209/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver