Məhkəmə qərarları › İş №2(053)-233/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-233/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-233/2023 06.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Əlimərdan oğlu, Cavabdeh2, Cavabdeh3 Zülfiqar oğlu, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əlimərdan oğlu, Cavabdeh2, Cavabdeh3 Zülfiqar oğlu, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «maneəçilik hərəkətlərinə son qoyulması və dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlimərdan oğlu, Cavabdeh2, Cavabdeh3 Zülfiqar oğlu, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus 4 ha torpaq sahəsinə edilən hər cür maneəçilik hərəkətlərinə son qoyulması, ona vurulmuş 1.040 manat miqdarında maddi ziyanın, habelə 32 manat miqdarında dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona və ailə üzvlərinə Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində yerləşən 14,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin 4 ha hissəsinə pambıq bitkisi əkmişdir. Əkilmiş pambıq sahəsinə müəyyən məbləğdə vəsait sərf edərək pambığın tam çıxışını almış və onu kollanma və gül-daraq qoyma fazasına qədər becərmişdir. Lakin cavabdehlərə məxsus iribuynuzlu hevanların nəzarətsiz buraxılması nəticəsində sahə heyvanlar tərəfindən tamamilə məhv edilmişdir. Cavabdehlərə məxsus iribuynuzlu heyvanları dəfələrlə pambıq sahəsində görmüş, onları sahədən çıxararaq aparıb sahiblərinə təhvil vermiş və heyvanları tərəfindən əkin sahəsinin korlandığını bildirərək onlardan heyvanlarını nəzarətsiz buraxmamalarını xahiş etmişdir. Buna baxmayaraq cavabdehlər tərəfindən bununla əlaqədar heç bir tədbir görülməmişdir. Cavabdehlərə məxsus heyvanları növbəti dəfə pambıq sahəsində tutduqda onları öz həyətinə aparıb saxlamış və bu barədə Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat vermişdir. Bir neçə saat sonra icra nümayəndəsi ona zəng edərək heyvanların sahiblərinin onun yanında olduqlarını bildirmişdir. Heyvanların sayı və onların sahibləri barədə siyahı tərtib etdikdən sonra onları sahiblərinə təhvil vermşdir. Daha sonra Neftçala rayon X29 Mərkəzinin mütəxəssislərinin iştirakı ilə pambıq sahəsinə baxış keçirilmiş, bununla əlaqədar müvafiq akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Otarılmış və tapdanaraq məhv edilmiş əkin sahəsinin həcminin 1,3 ha olduğu, əkilmiş sahədən 10-11 sentner məhsul gözlənildiyi halda, ümumi olaraq 1.300 kq pambıq məhsulundan məhrum olunduğu və pambığın hər kq-nın qiymətinin 0,80 manat olması nəzərə alınmaqla hesablanaraq ona ümumilikdə 1.040 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 Əlimərdan oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, yaşadığı Neftçala rayonu, Xəzər kəndində şəxsi təsərrüfatında 7 baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanlardan 3 başı özünə, digər 4 başı isə qardaşına məxsusdur. Heyvanları daim nəzarətdə saxlamışdır. Qeyd edir ki, onun heyvanları idiaçıya məxsus pambıq sahəsinə girməmiş və iddiaçıya maddi ziyan vurmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə görünən heyvanlar ona məxsus deyildir. İddiaçı onun heyvanlarını öz həyətinə aparıb bir neçə saat saxlamış və o, heyvanlarını onun həyətindən götürmüşdür. Bu hal cəmi bir dəfə olmuşdur. Lakin bu heç də o demək deyil ki, iddiaçının pambıq sahəsini onun heyvanları məhv etmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, yaşadığı Neftçala rayonu, Xəzər kəndində şəxsi təsərrüfatında 14 baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanların hamısı özünə məxsusdur. Qeyd edir ki, heyvanlarını heç vaxt nəzarətsiz buraxmayıb. Bu səbəbdən onun heyvanlarının idiaçının və ya hər hansı bir şəxsin əkin sahəsinə girməsi və ziyan vurması mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdəki heyvanlar ona məxsus deyildir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 Zülfiqar oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır. Şəxsi təsərrüfatında iribuynuzlu heyvanı yoxdur. Cəmi 4 baş xırdabuynuzlu heyvanı vardır. Qardaşının isə 4 baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları anası saxlayır və qulluq edir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdəki heyvanlar onların deyil. İddiaçı onların heyvanlarını bir neçə saat həyətində saxlamış və o, bunu bildikdən sonra heyvanları iddiaçının həyətindən özü gedib götürmüşdür. İddiaçının heyvanların pambıq sahəsindən və yaxud başqa ərazidən götürüb öz həyətinə aparması ona tam məlum deyildir. Hesab edir ki, bu barədə yetərli sübut mövcud deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X14 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır və şəxsi təsərrüfatında cəmi bir baş inəyi vardır. Həmin inəyi bir dəfə iddiaçı tərəfindən tutularaq həyətinə aparılmış və xəbər tutduqdan sonra gedib inəyini iddiaçıdan almışdır. İnəyinin iddiaçı tərəfindən haradan tutulduğunu da bilmir. Fotoşəkillərdə olan hevanların arasında onun inəyinin şəkli yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh5 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır və şəxsi təsərrüfatında cəmi bir baş inəyi vardır. Heyvanı nəzarətsiz buraxmır. Lakin inəyi bir dəfə iddiaçı tərəfindən tutularaq həyətinə aparılmış və o, bundan xəbər tutduqdan sonra gedib inəyini iddiaçıdan təhvil almışdır. İddiaçının təqdim etdiyi fotoşəkillərdəki heyvanlar arasında onun inəyinin şəkli yoxdur. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh6 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır və şəxsi təsərrüfatında cəmi iki baş inəyi vardır. Həmin inəkləri bir dəfə iddiaçı tərəfindən saxlanılmış və ona xəbər verilmişdir ki, guya inəkləri idddiaçıya məxsus pambıq sahəsində tutulmuşdur. İddiaçının heyvanlarını həqiqətən də pambıq sahəsindən tutub-tutmadığını bilmir. Lakin heyvanlarını nəzarətsiz buraxmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə də onun inyəklərinin şəkli yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh7 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır və şəxsi təsərrüfatında 5 baş iribuynuzlu heyvanı var. Heyvanlarının iddiaçıya məxsus pambıq sahəsinə girməsi barədə ona yerli icra nümayəfndəliyi tərəfindən məlumat verilmiş və o, bununla əlaqədar icra nümayəndəliyinə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, heyvanları iddiaçı tərəfindən saxlanılmışdır. Ondan soruşularkən saxlanılmış heyvanların arasında onun da heyvanlarının olduğunu bildirmişdir. Həmçinin bunun müqabilində iddiaçıya vurulmuş ziyana görə pul da təklif etmişdir ki, heyvanlarını buraxsın. Lakin iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdəki heyvanlar ona məxsus deyildir. Həmçinin qeyd edir ki, heyvanlarının həqiqətən iddiaçının pambıq sahəsindən tutulmasına inanmır və bununla bağlı heç bir sübut yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh8 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yaşayır və şəxsi təsərrüfatında 3 baş iribuynuzlu heyvanı var. İnzibati ərazi nümayəndəliyi tərəfindən ona xəbər verilmişdir ki, heyvanları iddiaçı tərəfindən saxlanılmışdır. Buna səbəb kimi guya bir neçə kənd sakinlərinin heyvanlarının, o cümlədən də onun heyvanlarının iddiaçıya məxsus pambıq sahəsinə girməsi göstərilmişdir. Heyvanlarını iddiaçının həyətindən götürüb öz evinə aparmışdır. İddiaçının heyvanlarını həqiqətən pambıq sahəsindən tutmasını bilmir. Təqdim edilmiş fotoşəkillərdəki heyvanlar da ona məxsus deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh9 iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olsa da, faktik olaraq Bakı şəhərində yaşayır. Onun Xəzər kəndindəki şəxsi təsərrüfatında 10 baş iribuynuzlu heyvanı vardır. İnzibati ərazi nümayəndəliyi tərəfindən ona xəbər verilmişdir ki, heyvanları iddiaçıya məxsus pambıq sahəsində otladığı üçün iddiaçı tərəfindən saxlanılmışdır. Bu cəmi bir dəfə olmuşdur. İddiaçı ona məxsus heyvanları pambıq sahəsindən yaxud başqa ərazidən tutub həyətinə aparmasını dəqiq bilmir. Təqdim edilmiş fotoşəkillərdəki heyvanlar da onun heyvanları deyil. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X17 ifadəsində bildirmişdir ki, Xolqarabucaq kəndi ilə Xəzər kəndləri qonşu kəndlərdir. Xolqarbucaq kənd sakini olan İddiaçı özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin bir hissəsində 2022-ci ildə pambıq bitkisi əkmişdir. Həmin pambıq sahəsinin bir hissəsi Xəzər kənd sakinlərinin bəzilərinin öz heyvanlarını nəzarətsiz buraxması nəticəsində otarılmaqla və tapdanmaqla yararsız hala düşmüşdür. İddiaçı bununla əlaqədar olaraq bir neçə dəfə nümayəndəliyə müraciət etmiş, həmçinin Xəzər kənd sakinlərinə özünün bir neçə dəfə xəbədarlıq etdiyini, lakin nəticəsinin olmadığını bildirmiş və bununla əlaqədar köməklik göstərilməsini xahiş etmişdir. Şəxsən özü nəzarətsiz buraxılan heyvanların sahiblərinin əksəriyyətinə teleflonla zəng edərək məsələ barədə bildirmiş və heyvanları nəzarətsiz buraxmamalarını tapşırmışdır. Lakin onlar yenə də heyvanlarını nəzarətsiz buraxmışlar. Nəzarətsiz çölə buraxılan həmin heyvanlar təkcə iddiaçının deyil, ondan başqa da bir neçə kənd sakinlərinin əkin sahələrinə ziyan vurmuşlar. O, Raqifə heyvanların konkret sahiblərini müəyyən etmək məqsədilə heyvanları növbəti dəfə sahədən tutduğu halda öz həyətinə aparıb bir müddət saxlamasını bildirmişdir. Ona görə də Raqif sonuncu dəfə öz sahəsində tutduğu heyvanları həyətinə gətirib saxlamış və nümayəndəliyə bu barədə məlumat vermişdir. Bundan sonra həmin heyvan sahibləri, yəni iş üzrə cavabdehlər ondan öz heyvanlarını soruşduqda onlara heyvanlarının Raqif tərəfindən saxlanıldığını bildirmişdir. Raqifə də heyvanların sayı və sahibləri barədə siyahı tərtib etməsini tapşırmışdır. Raqif heyvanların sahiblərinin adları və onların hər birinə məxsus olan heyvanların sayı barədə siyahı tərtib etdikdən sonra heyvanları sahiblərinə qaytarmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X18 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X17 tərəfindən zəng edilməklə məlumat verilmişdir ki, Xəzər kəndinin bir qrup sakinlərinin 59 baş iribuynuzlu heyvanları Xolqarbucaq kənd sakini İddiaçı məxsus pambıq sahəsinin bir hissəsini yararsız hala salmaqla sonuncuya maddi ziyan vurmuşdur. İddiaçı da bu səbəbdən həmin heyvanları pambıq sahəsindən tutaraq özünün həyətində olan tövlədə saxladığı və ona dəymiş ziyanın ödəniləcəyi təqdirdə heyvanları buraxacağı, əks təqdirdə isə ziyanla bağlı məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Ona həmçinin heyvanların sahiblərinin adları da bildirilmişdir. O, telefonla zəng edərək məsələ ilə bağlı həmin sakinləri xəbərdar etmişdir. Növbəti dəfə isə məhkəmə öncəsi özünü Raqifin vəkili kimi təqdim edən şəxs tərəfindən ona zəng edilərək ziyanla bağlı sənədlərin yaxın iki gün ərzində məhkəməyə təqdim ediləcəyi, lakin dəymiş ziyanın könüllü şəkildə ödəniləcəyi təqdirdə məhkəməyə müraciət edilməyəcəyi bildirilmişdir. O, yenidən həmin heyvanların sahiblərinə zəng edərək bu barədə də məlumat vermişdir. Həmin sakinlər isə onlara məxsus heyvanların heç bir sahəyə girmədiyini, onların sahənin kənarından yığılaraq aparıldığını əsas gətirərək ziyanın ödənilməsindən imtina etmişlər. Lakin bəllidir ki, həmin heyvanlar İddiaçı əkin sahəsindən tutulmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X19 ifadəsində bildirmişdir ki, İddiaçı nümayəndəliyə müraciət edərək qonşu kənd olan Xəzər kəndinin bir neçə sakinlərinin heyvanları onun pambıq sahəsinin bir hissəsini yararsız hala salmış və nəticədə ona maddi ziyan vurulmuşdur. Həmin müraciət əsasında İddiaçı pambıq sahəsinə baxış keçirilmiş, heyvanların pambıq sahəsində olarkən fotoşəkilləri çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Heyvanlar İddiaçı tərəfindən saxlanılmış, onların sayı və sahibləri müəyyən edildikdən sonra sahiblərinə qaytarılmışdır. Bununla da məlum olmuşdur ki, iddiaçıya məxsus pambıq sahəsini yarasız hala salan Xəzər kənd sakinləri olan hazırkı iş üzrə cavabdehlərdir. Məhkəmə iddiaçını, cavabdehləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş J№-442 nömrəli, kodu 80709018 olan «torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən görünür ki, Neftçala rayonu, Xolqarabucaq kənd sakinləri X1, İddiaçı, X3, X8, X9, X15 və X4 Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 14,33 hektar torpaq sahəsi paylı mülkiyyətə verilmişdir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X10 və nümayəndəliyin Xol Təzəkənd kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş və imzalanmış 26 iyul 2022-ci il tarixli akda qeyd olunur: «Tərtib etdik bu aktı ondan ötrü ki, yuxarıda adları göstərilən şəxslərin iştirakı ilə Xol Təzəkənd kənd İddiaçı pambıq əkini sahəsinə Xəzərkənd kənd sakinləri Cavabdeh1 Əlimərdan oğlunun 9 baş, X11 14 baş, Cavabdeh3 5 baş, Cavabdeh4 Əlfağa oğlunun 1 baş, Cavabdeh8 5 baş, Cavabdeh5 1 baş, Cavabdeh6 3 baş, X6 9 baş, Cavabdeh7 7 baş iri buynuzlu heyvanı otlayaraq ziyan vurmuşdur. Həmin vaxt əkin sahəsinə baxış keçirildi, heyvanların foto şəkilləri çəkildi və akt tərtib edildi. Heyvan sahiblərinə öz heyvanları təhvil verildi. Aktın doğruluğunu öz imzamızla təsdiq edirik». İş materiallarına əlavə edilmiş Neftçala rayon X29 Mərkəzinin «Bitkiçilik sektoru»nun müdiri X12, həmin sektorun baş məsləhətçisi X16, Neftçala rayon X29 Mərkəzinin «Torpaq məsələləri üzrə şöbəsi»nin baş məsləhətçisi X7, Neftçala rayonu, Xolqarabucaq sakinləri X13 və İddiaçı iştirakı ilə tərtib edilmiş və imzalanmış «dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair» 30 avqust 2022-ci il tarixli akda qeyd olunur: «bu aktı tərtib etdik ondan ötəri ki, Xolqarabucaq kənd sakinin istifadəsində olan 4 ha pambıq əkilmiş sahəyə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə baxış keçirdik. Baxış zamanı müəyyən edildi ki, İddiaçı istifadəsində olan pambıq sahəsi iri buynuzlu heyvanlar tərəfindən otarılmış və tapdanmışdır. Müşahidə zamanı sahədə peyin və iribuynuzlu heyvanların ayaq izləri müəyyən edildi. Əkilmiş sahədən 10-11 sentner məhsul gözləndiyi halda dəymiş ziyan nəticəsində 1.3 ha sahə məhv edilmişdir. Dəymiş ziyan aşağıdakı kimi hesablanmışdır. 1.3 ha x 10 sentner = 1300 kq 1300 kq x 0.80 manat = 1040 manat Aktın doğru olduğunu imzamızla təsdiq edirik». İş materiallarına əlavə edilmiş fotoşəkillərdən pambıq sahəsinin yaxından və uzaqdan fotogörüntüsü, həmçinin sahədə bir neçə baş iribuynuzlu hevanların otlaması, heyvan peyinləri və pambıq bitkilərinin bir hissəsinin heyvanlar tərəfindən yeyilərək zədələnməsi görünür. Məhkəmə iddiaçını, cavabdehləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etmiş, cavabdehlər isə iddiaya qarşı etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. İşin faktik hallarından görünür ki, iddiaçı özünə aid sahədən cavabdehlərə məxsus iribuynuzlu heyvanları tutaraq özünə aid tövləyə aparmış, bununla bağlı icra nümayəndəliyinə məlumat vermiş, bundan sonra cavabdehlər gəlib həmin heyvanları aparmışlar. Bu zaman iddiaçı cavabdehlərə sonuncuların heyvanlarının ona məxsus sahəyə ziyan vurduqlarını bildirmişdir. Məhkəmə vurğulayır ki, cavabdehlər heyvanlarını iddiaçının həyətindən götürüb apararkən heç bir dövlət orqanına iddiaçıya qarşı şikayət bildirməmişlər. Sual yaranır. Əgər cavabdehlərə məxsus iribuynuzlu heyvanlar iddiaçıya məxsus pambıq sahəsinə girməmiş və ona ziyan vurmamışlarsa, hansı səbəbdən cavabdehlər iddiaçının müvafiq hərəkətləri ilə bağlı hər-hansı dövlət orqanına müraciət edib, etirazlarını bildirməyiblər? Şahidlərin ifadələrindən isə birmənalı olaraq görünür ki, həmin heyvanlar iddiaçı tərəfindən ona aid sahədən tutulmuşlar. Heyvanların iddiaçıya aid sahəyə tələb olunan miqdarda ziyan vurması halı da iş materilları, o cümlədən sahə üzrə mütəxəssislər tərəfindər tərtib olunmuş akt nəzərə alınmaqla şübhə doğurmur. İddiaçı işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, ona aid pambıq sahəsinə hazırda müəyyənləşdirə bilmədiyi başqa şəxslərin də heyvanları girmişlər. Ola bilər ki, iş materiallarına əlavə etdiyi fotoşəkillər cavabdehlərə məxsus heyvanların deyil, başqa heyvanların fotoşəkilləridir. Sahəsinə daxil olmuş hər heyvanın şəklini əlilliyi və s. səbəblərdən çəkə bilməzdi. Lakin cavabdehlərin hər birinə məxsus heyvanları öz sahəsindən tutub həyətinə aparmış və bununla bağlı icra nümayəndəliyinə məlumat vermişdir. Beləliklə, işin yuxarıda göstərilən faktik hallarının məcmusu, o cümlədən iş materialları ilə müəyyən olunur ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən pambıq əkilmiş 4 ha torpaq sahəsinin 1.3 ha hissəsi cavabdehlərə məxsus iribuynuzlu heyvanların həmin sahədə otlaması, heyvanların pambıq bitkilərini yeməsi və tapdaması nəticəsində yararsız hala salınmış, nəticədə iddiaçıya 1.040 manat miqdarında maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MM-nin 1110-cu maddəsinə əsasən «Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus 4 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 Əlimərdan oğlu, Cavabdeh2, Cavabdeh3 Zülfiqar oğlu, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 tərəfindən edilən hər cür maneəçilik hərəkətlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh1 Əlimərdan oğlundan, Cavabdeh2, Cavabdeh3 Zülfiqar oğlundan, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 vurduqları maddi zərərin əvəzi kimi 1.040 (min qırx) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 32 (otuz iki) manat miqdarında pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar