Məhkəmə qərarları › İş №2(053)-245/2024

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-245/2024

15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-245/2024 15.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon İcra və porobasiya şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sındıraraq yararsız hala saldığı sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cihazla) ümumi dəyərinin 2277,04 manat məbləğində maddi zərərin tutulub X7 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, X2 Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli,1(053)-22/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 28 mart 2022-ci il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 29 mart 2022-ci il tarixdə daxil olmuş və X4 29 mart 2022-ci il tarixdə qeydiyyata düşmüşdür. X3 məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. X3 tətbiq edilmiş ENV-dən xx.xx.2022-ci il tarixdən izləmə məlumatları gəlmədiyi müəyyən olmuşdur. X4 şöbəyə dəvət edilmiş, məhkuma tətbiq edilmiş ENV-yə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. İzləmə məlumatları gəlmədiyi üçün məhkuma yeni 35631153 nömrəli ENV tətbiq edilmiş və məhkumdan götürülmüş ENV Azərbaycah Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmişdir. xx.xx.2023cü il tarixli texniki rəydə X8 tətbiq edilmiş “Attenti” markalı, 35628067 nömrəli mobil qurğunun ana platasında korroziya müşahidə edildiyi üçün istifadəyə tam yararsız olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış məktubunda “Attenti” markalı dəstin qiymətinin 2277,40 manat olduğu göstərilmişdir. X1 yararsız hala saldığı dəstin ümumi dəyərinin 2277,40 manat təşkil edir. Lakin zərər məhkum tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(053)-22/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan Neftçala Rayon Məhkəməsi tərəfindən 28 mart 2022-ci il tarixdə verilmiş hökmün icrası barədə göstərişdən görünür ki, Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(053)-22/2022 saylı hökmü 28 mart 2022-ci il tarixdə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün aidiyyatı üzrə İddiaçınə göndərilmişdir. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmış “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin icrası” barədə 31 mart 2022-ci il tarixli və 09 sentyabr 2022ci il tarixli protokollardan görünür ki, “Attenti” firmasına məxsus mobil qurğu, qolbaq və qolbaqdan istifadə qaydaları haqqında kitabça məhkuma verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan fotoşəkildən və 13 fevral 2023-cü il tarixli texniki rəydən görünür ki, elektron nəzarət vasitəsi yararsız vəziyyətə salınmışdır. İşdə olan Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi 18 iyun 2021-ci il tarixli, 21/3-1149 nömrəli məktubundan görünür ki, bir ədəd sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2277,40 manat, ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2277,40 manatdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 7(053)-37/2022 saylı qərarından görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə tərəfindən məhkum Cavabdeh Neftçala Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(053)-22/2022 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş, təqdimat təmin edilməmiş, Cavabdeh Neftçala Rayon Məhkəməsinin 1(053)-22/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 28 dekabr 2022-ci il tarixi üçün çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmış və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində maddi zərərin ödənilməsi üçün pul tutularaq X5 aşağıdakı hesabına ödənilməli, İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq X7 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar