Məhkəmə qərarları › İş №2(053)-26/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-26/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-26/2023 23.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdehş oğluna qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Cavabdehş oğluna qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 791,33 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdehş oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar