Məhkəmə qərarları › İş №2(053)-263/2023

Neftçala Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(053)-263/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Neftçala rayonu İş № 2(053)-263/2023 16.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, kreditor X3 (ünvan: Neftçala şəhəri, M.Qorki küçəsi, “Loqofon” mağazası) xx xxxxxx 1988ci ildə Neftçala rayonu, Dördlər kəndində doğulmuş Borclu (ünvan: Neftçala rayonu, Dördlər kəndi) borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM Kreditor X3 227 manat məbləğində əsas borc, 204 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 531 manat məbləğində pulun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Neftçala Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər». Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən ərizə üzrə məhkəmə əmri verilə bilər. Kreditor X1 məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu ilə Neftçala şəhəri, M.Qorki küçəsi ünvanında yerləşən “Loqofon” mağazasının sahibi X3 arasında 30 aprel 2017-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Kredit sazişinə əsasən kreditor tərəfindən borcluya verilmiş kredit üzrə müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün, borclunun kreditora 227 manat məbləğində əsas borcu, 204 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 281.1.7-ci maddələrinə əsasən kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas borc, 204 (iki yüz dörd) manat məbləğində cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ümumilikdə 531 (beş yüz otuz bir) manat məbləğində vəsait tutularaq kreditor X2 ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar