Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-272/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2.434,58 manat əsas borc, 402,02 manat faiz borcu, 411,57 manat cərimə borcu, 13 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 13,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3.055,44 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 50,55 manat haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardadla bağlı Vəkil vasitəsilə şikayət verib. Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 07 noyabr 2024cü il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada işdə iştirak edən şəxslərə göndərilməklə, onlara şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarının izah edilməsi və şikayətin işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4181/2024 nömrəli iş üzrə 02 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə 2025-ci ildə yeni (2(053-272/2025) nömrəsi verilmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 19 sentyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X2 İddiaçı ASC-nin “Salyan” filialında 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. X3 19 sentyabr 2022ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 20 ay müddətinə 5.000 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh ilə xx.xx.2023-cü tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin avqustun 23-dək X1 banka 19 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2.434,58 manat əsas borc, 402,02 manat faiz borcu, 411,57 manat cərimə borcu, 13 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 13,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3.261,22 manat borcu vardır. X1 19 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 411,57 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 205,79 manat məbləğində tələb olunur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2527/2024 saylı qərardadı ilə X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi əsası ilə icraata qəbulundan imtina edilərək geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı ASC – “borcverən” və X3 – “borcalan” olmaqla, X2 illik 24 faizlə 20 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, X1 İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 2.434,58 manat əsas məbləğ üzrə borc, 402,02 manat faiz üzrə borc, 411,57 manat cərimə, 13,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3.261,22 manat məbləğində borcu vardır. İşdə olan Bank Xidmətlərinin Göstərilməsi üzrə standart şərtlərə xx.xx.2022-ci il tarixli, 1№-li əlavədən (razılaşma) görünür ki, razılaşmada tərəf olmuş X3 (VÖEN **********) fiziki şəxslər üzrə vergi ödəyicisi olmuş və razılaşma biznes məqsədi daşımışdır. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 2527/2024 nömrəli iş üzrə 06 avqust 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olmasından imtina edilmişdir. Qərardaddan həmçinin görünür ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Yuxarıda qeyd olunan razılaşma üzrə X3 vəfat etdiyindən iddiaçı borcun tutulmasını zaminlik müqaviləsinə uyğun olaraq Cavabdeh tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən kredit borcunu, ona hesablanmış faizləri, peniyanı və əldən çıxmış faydanı tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 172 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 2.434,58 manat əsas məbləğ üzrə, 402,02 manat faiz üzrə, 172 manat cərimə, 13,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3.021,65 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 50,21 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.434,58 (iki min dörd yüz otuz dörd manat əlli səkkiz qəpik) manat əsas məbləğ üzrə, 402,02 (dörd yüz iki manat iki qəpik) manat faiz üzrə, 172 (yüz yetmiş iki) manat cərimə, 13,05 (on üç manat beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3.021,65 (üç min iyirmi bir manat altmış beş qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 50,21 (əlli manat iyirmi bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-272/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-272/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver