Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-319/2023 30.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə cavabdehdən 9500 manat əsas məbləğ üzrə, 866,74 manat faiz üzrə, cəmi 10366,74 manat borcun və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 121,50 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 16 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə üçün illik 15% ödəmək şərtilə 9500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. 20 fevral 2023-cü il tarixinə cavabdehin İddiaçı ASC-yə 9500 manat əsas məbləğ üzrə, 866,74 manat faiz üzrə borcu vardır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümükün olan tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasından ötrü heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş (pretenziya) xəbərdarlıq məktubları da heç bir fayda verməmişdir. Bununla da cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hazırda cavabdehin İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 10.366,74 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə 16 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlamışdır. O, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna səbəb işindən ayrılması olmuşdur. Hazırda özünə qazanc yeri tapdığı üçün börcundan hər ay ödənişlər edəcəkdir. İddiaçıya həm əsas həm da faiz borcu vardır. Borcunu ödəməkdən imtina etmir. Qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında 16 iyul 2022-ci il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş 20 fevral 2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh 16 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 20 fevral 2023-cü il tarixinə İddiaçı ASC-yə 9500 manat məbləğində əsas borcu, 866,74 manat məbləğində faiz borcu, ümumilikdə 10.366,74 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 460.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddiaçı ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 121,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və xidmət haqqı məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat əsas məbləğ üzrə, 866,74 (səkkiz yüz altmış altı manat yetmiş dörd qəpik) manat faiz üzrə, cəmi 10.366,74 (on min üç yüz altmış altı manat yetmiş dörd qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 120,10 (yüz iyirmi manat on qəpik) manat və 0,40 (qırx) qəpik xidmət haqqı İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-319/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-319/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver