Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-319/2024 02.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı «Şəxsin müəyyən edilməsi, dəymiş ziyanın ödətdirilməsi və bank tərəfindən əlavə faizlərin dayandırılması» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, M.Ə.Rəsulzadə küçəsində yaşayan Cavabdeh müəyyən edilməsində, ona dəymiş ziyanın ödətdirilməsi və bank tərəfindən əlavə faizlərin dayandırılmasına köməklilk edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb”. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlir. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddəsində nəzərdə tutulan cavabdehin və onun şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı)ünvanının qeyd olunması nəzərdə tutulduğu halda ərizəyə əlavə edilməmiş, iddiaçının tələbi düzgün qeyd olunmamış, ərizədə dəymiş zərərin məbləğinin müəyyən olunmadığı qeyd olunmuş, nəticədə ərizənin “xahiş edirəm” hissəsində ziyanın məbləği ümumiyyətlə göstərilməmişdir. Belə olan halda iddiaçının iddia ərizəsinin verilməsinə görə hansı məbləğdə rüsum ödəməsi də müəyyən edilə bilmir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən «iddia qiyməti 1.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər” dövlət rüsumu ödəməkdən azad olunurlar. Müəyyən edilmişdir ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan müvafiq məbləğdə dövlət rüsumu odənilməmişdir. İş materiallarına İddiaçı şəhid ailəsi üzvü olduğuna dair vəsiqəsinin surəti əlavə olunmamışdır. İş materiallarından iddiaçıya qanunvericiliyin yuxarıda göstərilən müddəasında nəzərdə tutulan qaydada şəhid ailəsi statusunun verildiyi görünmür. Ona görə də mövcud vəziyyətdə İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində nəzərdə tutulan əsasla dövlət rüsumunu ödəməkdən azad oluna bilməz. İddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsi üçün hər hansı başqa bir əsas da iş materialları ilə müəyyən olunmur. Eyni zamanda iddia ərizəsi cavabdehin sayına uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «Şəxsin müəyyən edilməsi, dəymiş ziyanın ödətdirilməsi və bank tərəfindən əlavə faizlərin dayandırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-319/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-319/2024
02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver