Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-340/2023 25.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 iyun 2019-cu il tarixli, 100821-158224/10 saylı kredit müqaviləsi üzrə 1860,73 manat məbləğində əsas borcu, 27,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1888,26 manat məbləğində kredit borcu, 11 iyun 2019-cu il tarixli, 100821- 158224/11 nömrəli kredit müqaviləsi üzrə 390,18 manat məbləğində əsas borcu, 7,06 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 397,24 manat məbləğində kredit borcu olmaqla, cəmi 2285,50 manat məbləğində kredit borcunun və 43,26 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na uyğun olaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 100821-158224/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehǝ 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2652,73 manat məbləğində kredit verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019cu il tarixli, 100821-158224/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehǝ 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 499,33 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 11 iyun 2019 il tarixli, 100821- 158224/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 20 fevral 2023-cü il tarixinə cavabdehin 11 iyun 2019-cu il tarixli, 100821-158224/10 saylı kredit müqaviləsi üzrə 1860,73 manat məbləğində əsas borcu, 27,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1888,26 manat məbləğində kredit borcu yaranmışdır. 20 fevral 2023-cü il tarixinə cavabdehin 11 iyun 2019-cu il tarixli, 100821-158224/11 saylı kredit müqaviləsi üzrə 390,18 manat məbləğində əsas borcu, 7,06 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 397,24 manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqavilələrinin 4.4.1-ci və 5.2-ci bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 11 iyun 2019-cu il tarixli, 100821-158224/10 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Belə ki, cavabdeh krediti müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmişlər və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Belə ki, cavabdehlər krediti müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmişlər və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Eyni Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “Expressbank“ Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 iyun 2019-cu il tarixli, 100821-158244/10 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank” və Cavabdeh1 – “müştəri” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na uyğun olaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 100821-158224/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehǝ 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2652,73 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarında olan 11 iyun 2019-cu il tarixli, 100821-158244/11 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank” və Cavabdeh1 – “müştəri” olmaqla, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 100821-158224/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən cavabdehǝ 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 499,33 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Banka olan 100821-158244/10 nömrəli və 100821-158244/11 nömrəli müqavilələrə əsasən borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəllərini Cavabdeh1 imzalamışdır. Həmin ödəniş cədvəllərinə əsasən ödənişin son tarixi 11 iyun 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 100821-158244/10 nömrəli müqavilə üzrə 20 fevral 2023-cü il tarixə 1860,73 manat əsas borc və 27,53 manat faiz borcu olmaqla, cəmi 1888,26 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 518 gün təşkil edir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 100821-158244/11 nömrəli müqavilə üzrə 20 fevral 2023-cü il tarixə 390,18 manat əsas borc və 7,06 manat faiz borcu olmaqla, cəmi 397,24 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 641 gün təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Eyni Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 iyun 2019-cu il tarixli, 100821-158244/10 nömrəli güzəştli müqavilə üzrə 1860,73 manat məbləğində əsas borc və 27,53 manat faiz borcu olmaqla, cəmi 1888,26 manat məbləğində borc, 11 iyun 2019cu il tarixli, 100821-158244/11 nömrəli güzəştli müqavilə üzrə 390,18 manat məbləğində əsas borc və 7,06 manat faiz borcu olmaqla, cəmi 397,24 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də iddiaçının ödəmiş olduğu 42,86 manat məbləğində dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 0,40 qəpik cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 iyun 2019-cu il tarixli, 100821- 158244/10 nömrəli güzəştli müqavilə üzrə 1860,73 (min səkkiz yüz altmış manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 27,53 (iyirmi yeddi manat əlli üç qəpik) manat məbləğində faiz borcu, cəmi 1888,26 (min səkkiz yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat və 11 iyun 2019-cu il tarixli, 100821-158244/11 nömrəli güzəştli müqavilə üzrə 390,18 (üç yüz doxsan manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 7,06 (yeddi manat altı qəpik) manat məbləğində faiz borcu, cəmi 397,24 (üç yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat borc və 42,86 (qırx iki manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti və 0,40 (qırx qəpik) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-340/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-340/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver