Məhkəmə qərarları › İş №2(053)-370/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-370/2023

04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-370/2023 04.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 şəhid olması ilə bağlı Dövlət tərəfindən şəhid ailələrinə verilən birdəfəlik yardımla əlaqədar verilmiş 11000 (on bir min) manat puldan qanunla oğlu X2 payına düşən hissəsinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı ərizə (vəsatət) verərək pul tələbinə dair ərizəsinin baxılmamasını ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – İddiaçı qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar