Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-373/2023 04.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gülhüseyn oğluna qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gülhüseyn oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 3996,00 manat, faiz borcuna görə 515,94 manat, cərmə borcuna görə 0,00 manat olmaqla, cəmi 4511,94 manat məbləğində borcun və 65,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın nümayəndəsi X2 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, işin baxılmağa hazırlanması zamanı əsas Cavabdeh1 hazırda Neftçala rayon ərazisində qeydiyyatda olmaması müəyyən olunduğundan işin aidiyyatı üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə baxılması zərurəti yaranmışdır. Cavabdeh1 onlara məlum olan son yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanıdır. Qeyd etdiklərini nəzərə alınaraq mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hazırkı mərhələdə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən "Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir". Beləliklə, hazırkı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin aidiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 151.3-cü maddəsinə əsasən "Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır ". Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını rəhbər tutub, iddia ərizəsinin məhkəməyə 27 mart 2023-cü ildə daxil olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qəbul edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən "iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa" məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-373/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-373/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver