Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-390/2023 08.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və zaminlərindən 01 avqust 2021-ci il tarixli müqavilə üzrə 706 manat əsas borcu və Cavabdeh1 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 829 manat məbləğində əsas borcun və ödənilmiş 35,35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Elektro Center” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 01 avqust 2021-ci il tarixdə ünvan 2ində yaşayan Cavabdeh1 və iki nəfər ona zaminlik edən Salyan rayonu, Aşağı Kürkənd kənd sakini Cavabdeh2 və Neftçala rayonu, Astanlı kənd sakini Cavabdeh3 ilə birlikdə mağazaya gəlmiş, kreditə dəyər qiyməti 886 manat olan 1 ədəd “Shivaki 18 BTU” markalı kondisioneri zaminləri vasitəsi ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 7 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mağazadan götürdüyü kondisionerǝ görə mağazanın xəzinəsinə 160 manat ilkin ödəniş etməli və hər ay mağazaya 100 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 160 manat ilkin ödəniş edikdən sonra 1 il 8 ay müddət ərzində 20 manat əsas borcdan ödəmiş və 1 il 8 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 183 manat ödəniş etmişdir. Bununla da Cavabdeh1 halhazırda mağazanın xəzinəsinə 706 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 12 oktyabr 2021-ci il tarixdə ünvan 2 sakini Cavabdeh1 zaminləri olmadan kredit dəyəri 909 manat olan 1 ədəd “Samsung” markalı, 7 kq metal paltaryuyanı alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditlə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mağazadan götürdüyü paltaryuyana görə mağazanın xəzinəsinə 80 manat ilkin ödəniş etməli və hər ay mağazaya 138 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 80 manat ilkin ödəniş edikdən sonra 1 il 6 ay müddət ərzində heç bir ödəniş etməmişdir. Bununla da Cavabdeh1 hal-hazırda mağazanın xəzinəsinə 829 manat əsas borcu yaranmışdır. Bununlada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 01 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 706 manat əsas borc və Cavabdeh1 12 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 829 manat əsas borc yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün o, ünvan 2i ünvanında yaşayan Cavabdeh1, ünvan 3 yaşayan Cavabdeh2 və Neftçala rayonu, Astanlı kəndi ünvanında yaşayan Cavabdeh3 ünvanına məktub göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bundan qəsdən imtina etmiş və mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Satıcı – İddiaçı ilə Alıcı – Cavabdeh1 arasında bağlanmış 01 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür görünür ki, Satıcı - İddiaçı Alıcı - Cavabdeh1 qiyməti 726 manat olan 1 ədəd “SHİVAKİ 018” markalı kondisioneri hər ay hissə-hissə ödəmək şərti ilə 7 ay müddətinə satmışdır. İşdə olan 01 avqust 2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Satıcı – İddiaçı ilə Alıcı – Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 zamin olaraq üzərinə öhdəlik götürmüşdür. İşdə olan 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür görünür ki, Satıcı - İddiaçı Alıcı - Cavabdeh1 qiyməti 829 manat olan 1 ədəd “Samsung” markalı, 7 kq metal paltaryuyanı hər ay hissə-hissə ödəmək şərtilə 6 ay müddətinə satmışdır. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli və 12 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan borcun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli AsanPay-ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 35,35 məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan 01 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 706 manat əsas borc və Cavabdeh1dan 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 829 manat əsas borc məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 35,35 məbləğində dövlət rüsumu tələbdə qeyd olunduğu kimi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 01 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 706 (yeddi yüz altı) manat məbləğində əsas borc və Cavabdeh1 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 829 (səkkiz yüz iyirmi doqquz) manat məbləğində əsas borc və 35,35 (otuz beş manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-390/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-390/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver