Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-407/2023 12.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı (iddia ərizəsində kreditor) İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək cavabdeh (iddia ərizəsində borclu) Cavabdeh mağazanın xeyrinə 2.550 manat əsas borc, 6 ay müddətinə gecikdirilmiş borca görə hesablanmış 1.500 manat faiz borcu və ödənilmiş 60,53 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4.110,53 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, onlar geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-3.2.2 və 284-3.2.2-ci maddələrinə əsasən «iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), «iddiaçının tələbi və onun əsaslandığı hallar» göstərilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, iddiaçının (iddia ərizəsində kreditorun) qeydiyyat ünvanı ünvan 1ftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 43, mənzil 16 ünvanı qeyd edilmiş, həmçinin cavabdehin (iddia ərizəsində borclunun) qeydiyyat ünvanı ünvan 3 ərizədə onun ünvanı Neftçala rayonu, Bankə qəsəbəsi qeyd edilməklə natamam göstərilmişdir. Həmçinin qeyd olunur ki, qüvvədə olan mülki prosessual qanunvericilik iddia icraatı ilə əmr icraatının müxtəlif prosessual qaydalarını müəyyən etməklə müvafiq institutları biri birindən fərqləndirir. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən işə iddia icraatı qaydasında baxıldığı halda tərəflər iddiaçı və cavabdeh qismində, əmr icraatı qaydasında baxıldığı halda isə kreditor və borclu qismində işə cəlb edilirlər. Bu baxımdan iddia ərizəsində tərəflərin prosessual adları da qanunvericiliyin tələblərinə uyğun göstərilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş «Məişət və elektrik avadanlığı» müqaviləsinin məzmunundan görünür ki, satıcı alıcının aldığı malın dəyərini üç ay müddətində ödənilməsini sonuncudan tələb edə bilər. Əks halda hər gecikdirilən ay üçün malın ödənilməmiş hissəsinin 10 faizi dəyərində aylıq faiz hesablanması müqavilənin şərtlərindən biri kimi nəzərdə tutulmuşdur. Lakin ərizəyə əlavə edilmiş maliyyə və ödəniş cədvəlində gecikdirilmiş faiz borcu deyil hesablanmış 1.500 manat cərimə məbləği göstərilmiş, məhz həmin məbləğ iddia ərizəsində gecikdirilmiş borca görə hesablanmış faiz məbləği kimi cavabdehdən tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-407/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-407/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver