Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-409/2023 06.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh yararsız hala saldığı sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cihazla) ümumi dəyərinin 2277,04 manat məbləğində maddi zərərin tutulub X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Quliyev X2 Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 09 mart 2023-cü il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 14 mart 2023-cü il tarixdə daxil olmuş və məhkum Cavabdeh 15 mart 2023-cü il tarixdə qeydiyyata düşmüşdür. Məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş qolbağı kəsərək üzərindən çıxarmış istifadəyə yararsız hala salmışdır. Məhkuma tətbiq edilmiş ENV-yə baxış keçirilmiş, protokol tərtib edilmiş və 27 mart 2023-cü il tarixdə izahatı alınmışdır. Eyni zamanda da məhkum Cavabdeh Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş və Neftlala Rayon Məhkəmənin 05 aprel 2023-cü il tarixli, 7(053)-07/2023 saylı qərarı ilə təqdimat təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Azərbaycan Respublikası Probasiya Xidmətinə ünvanlanmış məktubunda "xxxx" markalı dəstin qiymətinin 2277,40 manat olduğu göstərilmişdir. Məhkum Cavabdeh sındıraraq yararsız hala saldığı dəstin ümumi dəyərinin 2277,04 manat təşkil edir. Lakin zərər məhkum tərəfindən ödənilməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X4 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etdiklərinin nəzərə alınıb, Cavabdeh sındıraraq yararsız hala saldığı elektron qolbağın ümumi dəyərinin 2277,40 manat məbləğində maddi zərərin tutulub X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X1 izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan Neftçala Rayon Məhkəməsi tərəfindən 09 mart 2023-cü il tarixdə verilmiş hökmün icrası barədə göstərişdən görünür ki, Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-14/2023 saylı hökmü 09 mart 2023-cü il tarixdə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün aidiyyatı üzrə İddiaçınə göndərilmişdir. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) X4 və məhkum Cavabdeh tərəfindən imzalanmış “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin icrası” barədə 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus mobil qurğu, qolbaq və qolbaqdan istifadə qaydaları haqqında kitabça məhkuma verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan fotoşəkildən görünür ki, elektron nəzarət vasitəsi sındırılaraq yararsız vəziyyətə salınmışdır. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) X4 və məhkum Cavabdeh tərəfindən imzalanmış “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icra qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, 27 mart 2023-cü il tarixdə daxil olmuş “qolbaq acıldı” siqnalının araşdırılması məqsədi ilə məhkum Quliyev X2 şəhəri İcra və Probasiya şöbəsinə çağrılaraq gəlmiş, ona verilmiş mobil nəzarət qurğusu və qolbaq yoxlanılmış və məlum olmuşdur ki, ona verilmiş "xxxx" markalı, 35634888 nömrəli mobil qurğu saz vəziyyətdədir. Məhkuma tətbiq edilmiş qolbağa baxış keçirilərkən qolbağın məhkum tərəfindən qəsdən kəsildiyi və istifadəyə tam yararsız olduğu müəyyən olundu. Mobil qurğuda aşkar edilmiş pozuntu ilə bağlı məhkum Cavabdeh məhkəməyə təqdimat veriləcəyi barədə rəsmi xəbərdarlıq edilmiş və üzərinə qoyulan vəzifələrə ciddi riayət etməsi tapşırılmışdır. İşdə olan Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi 06 avqust 2021-ci il tarixli, D-8/131 nömrəli məktubundan görünür ki, bir ədəd sadə elektron qolbağın (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəyəri 2277,40 manatdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 7(053)-7/2023 saylı qərarından görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) X4 tərəfindən məhkum Cavabdeh Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)- 14/2023 saylı hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş, təqdimat təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində maddi zərərin ödənilməsi üçün pul X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməli, eyni zamanda iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə iddiası təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq X3 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-409/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-409/2023
06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver