Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-424/2023 17.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" QSC-nin xeyrinə ********* saylı 10 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2250,38 manat məbləğində borcun, 0 manat məbləğində cərimə borcunun və məhkəməyə ərizə ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 42,51 manatın və 0,40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40018264 saylı 10 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2435,38 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 2435,38 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil – təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Bele ki, cavabdehin bu günə 2250,38 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı QSC tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşin məhkəmədə baxılması 22 may 2023-cü il tarixə təyin edilmiş, məhkəmə bildirişi, ərizənini surəti iş üzrə Cavabdeh göndərilmiş, cavabdeh tərəfindən 10 (on) iş günü ərzində iddiaya qarşı etiraz daxil olmuşdur. Neftçala Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(053)-424/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti olduğundan iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin məhkəmə hazırlıq iclası zamanı cavabdeh tərəf «müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmə barədə» vəsatət təqdim edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini də işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin həmin iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə hazırlıq iclası 17 iyul 2023-cü il tarixə təxirə salınmış və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin "xxxx" MMC elektron qaydada (imzalayan şəxs X1) məhkəməyə ərizə ilə müraciət edərək üzürü səbəbdən məhkəmə prosesdə iştirak edə bilməyəcəylərini nəzərə alıb məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, qeyd olunan müqavilə üzrə bütün ödənişlərini etmişdir. Hazırda onun xx.xx.2022-ci il tarixli, 40018264 saylı nisyə alqı- satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Bundan başqa, "xxxx" QSC ilə arasında heç bir müqavilə bağlanılmamış və mal alınmamışdır. Bu halları "xxxx" MMC-nin nümayəndəsi də təsdiq edə bilər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin "xxxx" MMC elektron qaydada xx.xx.2023-cü il tarixdə (imzalayan şəxs nümayəndə X3) məhkəməyə ərizə ilə müraciət edərək (ərizəyə etiraz və məlumat əlavə olunmuşdur) həmin iş üzrə "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edildiyini, mülki iş üzrə məhkəmə iclasının 17 avqust 2023-cü il tarixə saat 14:45-ə təyin edildiyini bildirməklə icraatında məhkəmə, dövlət və digər hüquq mühafizə orqanlarında olan işlərin çoxluğu, məhkəmə işləri üzrə MMC-nin tək hüquqşünası olduğundan, həmçinin işlərin eyni tarixlərə təsadüf etdiyindən, icraatında olan mülki iş üzrə məhkəmənin iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehə qarşı pul tələbinə dair iddiası əsassızdır. "xxxx" MMC ilə Cavabdeh arasında 40018264 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcıya 1800 manat məbləğində 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə müxtəlif çeşiddə məişət texnikaları - 1 ədəd CARRİER 42 QH018N markalı kondisoner, 1 ədəd VESTEL W710T2DSS markalı paltaryuyan maşın və 1 ədəd BRAUN TS320C markalı ütü almışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə bütün ödənişlər icra edilmiş, hazırda onun xx.xx.2022-ci il tarixli 40018264 saylı Nisyə alqı satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan bütün hallarla bağlı "xxxx" QSC məlumatlandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə 17 avqust 2023-cü il tarixə saat 14:45-ə təyin edilmiş məhkəmənin baxış iclasını müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirərək, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş satıcı – "xxxx" MMC alıcı - Cavabdeh arasında bağlanmış 40018264 nömrəli, 10 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, satıcı- "xxxx" MMC alıcı- Cavabdeh nisyə məbləği 2435,38 manat olan siyahısı Təhvil-Təslim aktında olan (Əlavə 2) mal (lar)ı müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə satmışdır. İş materiallarında olan 10 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı "xxxx" MMC-nin nümayəndəsi Vasif İsmayılov tərəfindən 1 ədəd CARRİER 42 QH018N markalı kondisoner, 1 ədəd VESTEL W710T2DSS markalı paltaryuyan maşın və 1 ədəd BRAUN TS320C markalı ütü alıcı - Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli faktorinq müqaviləsindən və faktorinq müqaviləsinə əlavə olunan 15 iyul 2022-ci il tarixli, R-xx/xx- 0227 nömrəli sazişdən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş satıcı – "xxxx" MMC alıcı - Cavabdeh arasında bağlanmış 40018264 nömrəli, 10 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, satıcı- "xxxx" MMC alıcı- Cavabdeh nisyə məbləği 2029,98 manat, ödəniş məbləği 1800 manat olan siyahısı Təhvil-Təslim aktında olan (Əlavə 2) mal (lar)ı müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə satmışdır. Həmçinin 10 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı "xxxx" MMC-nin nümayəndəsi Vasif İsmayılov tərəfindən 1 ədəd CARRİER 42 QH018N markalı kondisoner, 1 ədəd VESTEL W710T2DSS markalı paltaryuyan maşın və 1 ədəd BRAUN TS320C markalı ütü alıcı - Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ********** nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, 40018264 nömrəli, 10 iyul 2022-ci il tarixli müqavilə üzrə 14 iyul 2022-ci il tarixdə müştəri Cavabdeh tərəfindən "xxxx" MMC-yə 1800 (bir min səkkiz yüz) manat ödəniş edilmiş, 229,98 (iki yüz iyirmi doqquz) manat qalıq məbləğ qalmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «bu arayışa əsasən borclu Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli borc 40018264 müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərinin həcmi: 0 AZN. Bu arayış "xxxx"MMC-nin Maliyyə Departamenti və Cəmiyyətin direktorunun təsdiqi olmadan etibarsız hesab olunur». İş materiallarında olan 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" QSC Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumu olaraq 42,51 manat məbləğində pul dövlət nəfinə ödənilmiş, 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş məlumatın və etirazın mətnində qeyd olunur ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iclasında iştirak edə iddiası əsassızdır. "xxxx" MMC ilə Cavabdeh arasında 40018264 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcıya 1800 manat məbləğində 6 ay müddətinə hissə hissə ödəmək şərti ilə müxtəlif çeşiddə məişət texnikaları - 1 ədəd CARRİER 42QH018N markalı kondisoner, 1 ədəd VESTEL W710T2DSS markalı paltaryuyan maşın və 1 ədəd BRAUN TS320C markalı ütü almışdır. Cavabdeh tətəfindən yuxarıda qeyd olunan müqavilə üzrə bütün ödənişlərini icra etmiş, hazırda onun xx.xx.2022-ci il tarixli 40018264 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Yuxarıda qeyd olunan hallar barədə "xxxx" QSC-yə məlumat verilmişdir. Hesab edir ki, Cavabdeh 40018264 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı- satqı müqaviləsi üzrə almadığı məhsula görə cavabdehdən pul tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Görünüdüyü kimi, alıcı yuxarıda qeyd olunan müqavilə üzrə borcunu ödəmişdir və heç bir öhdəliyi yoxdur. "xxxx" QSC iddia edirsə ki, onunla "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə Əsasən "xxxx" MMC ilə -"xxxx" QSC arasında qarşılıqlı borcların üzləşdirilib, "xxxx" QSC tərəfindən faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən alıcı Cavabdeh görə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə "xxxx" MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüquqdur. Lakin Cavabdeh qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan bütün hallarla bağlı "xxxx" QSC məlumatlandırılmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Beləliklə, Cavabdeh qeyd olunan müqavilə üzrə borclu olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilmir. "xxxx" QSC-nin elə özü tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, cavabdehlə bağlanmış müqavilə üzrə nisyə satış müqaviləsinə 1 saylı əlavə "xxxx" MMC-nin cavabdehə təqdim etdiyi 1 saylı əlavədən fərqlidir. Bu fərqliliyin Cavabdeh ilə hər hansısa əlaqəli olması halını isə iddiaçı tərəf sübuta yetirməmişdir. Hazırda da belə bir hal müəyyən olunmur. Bunun əksi işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi də Cavabdeh iddiaya qarşı etirazına cavab olaraq heç bir məlumat bildirməmişdir. İşin faktiki hallarından Cavabdeh iddiaçıya 2250,38 manat məbləğində borclu olması görünmür. Əksinə işin faktiki halları ilə müəyyən olunur ki, cavbdeh Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə borcu tam ödənilmiş və heç bir öhdəliyi yoxdur. İddiaçının mövcud dəlilləri isə Cavabdeh iddiaçının xeyrinə pul tutulmasının qət olunması üçün əsas ola bilməzlər. Belə ki, müvafiq məbləğin Cavabdeh tərəfindən qaytarılmadığını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. "xxxx" QSC məhkəməyə müraciət edərkən 42,51 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği "xxxx" QSC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd olunsun. Ərizə ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 42,51 (qırx iki manat əlli bir qəpik) manat və 0,40 (qırx) qəpik xidmə haqqı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-424/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-424/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver