Məhkəmə qərarları › İş №2(053)-439/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-439/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-439/2023 18.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcunun tutlması” tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 157,36 manat əsas, 47,36 manat faiz, 2,45 manat cərimə olmaqla, cəmi 207,44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(053)-439/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti olduğundan iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 19 iyun 2023-cü tarixli sorğu məktubuna cavab olaraq Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşamış xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş, ölüm Neftçala rayon Xıllı qəsəbə İƏN tərəfindən xx.xx.2022-ci il tarixdə, 20 nömrə ilə qeydə alınmışdır. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Rahim Seyfullayev işin məhkəmə baxışına hazırlanması zamanı ərizə (vəsatət) verərək tərəflər arasındakı mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq “kredit borcunun tutulması” tələbinə dair ərizəsinin ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətina qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətina geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar