Məhkəmə qərarları › İş №2(053)-473/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-473/2023

01.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-473/2023 01.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı cavabdeh Neftçala Rayon İcra Hakimiyyətinə qarşı «mənzil növbəsinə alınmaqla pay hüquqlarının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 08 dekabr 2009-cu il tarixdə anadan olmuş oğlu X1 şəhid ailəsi kimi Neftçala rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və onun miras əmlakdan pay hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir». Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsində İddiaçı ünvanı ünvan 1a olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) ünvan 2dia ərizəsində üçüncü şəxs kimi qeyd olunmuş, X2 qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 7, mənzil 13 olduğu halda “Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi” kimi qeyd olunmaqla ünvan tam göstərilməmişdir. Ərizəyə əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərardadında qeyd olunan nöqsanlar tam olaraq aradan qaldırılmamışdır. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan biri, iddiaçının tələbi düzgün qeyd olunmayıb. Görünür ki, iddiaçı ərizənin “xahiş edirəm” hissəsində məhkəmədən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 08 dekabr 2009-cu il tarixdə doğulmuş X3 şəhid ailəsi kimi Neftçala rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və onun miras əmlakdan pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə qanunvericiliyin yuxarıda göstərilən tələbini pozmuşdur. İddia ərizəsi 26 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı 28 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək “mənzil növbəsinə alınmaqla pay hüququnun müəyyən edilməsi” tələbi üzrə səhvən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödədiyini, həmin qəbzin ərizəyə əlavə edildiyini qeyd edərək, həmin məbləğin ona məxsus bank hesabına qaytarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş 25 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 25 aprel 2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumunu Neftçala Rayon Məhkəməsinin hesabına ödəmişdir. Təyinat: (Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə) Qeyd olunan ərizə ilə bağlı Neftçala Rayon Məhkəməsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, məhkəməyə 26 aprel 2023-cü il tarixdə İddiaçı iddia ərizəsi, digər sənədlər və dövlət rüsumu haqqında qəbz əlavə olunmaqla daxil olmuş, lakin iddiaçı oğlu X3 şəhid ailəsinin üzvü olduğuna dair sənədi “şəhid ailəsi üzvünün vəsiqəsi” nin surətini ərizəyə əlavə etməklə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Məhkəmə İddiaçı səhvən ödədiyi dövlət rüsumunun geri qaytarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı Neftçala Rayon Məhkəməsinin hesabına səhvən tutulmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalı və qərardadın icrası Neftçala Rayonu üzrə Maliyyə Şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Neftçala Rayon İcra Hakimiyyətinə qarşı «mənzil növbəsinə alınmaqla pay hüquqlarının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Neftçala Rayon Məhkəməsinin hesabına səhvən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Neftçala Rayonu üzrə Maliyyə Şöbəsinə tapşırılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar