Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-498/2023 02.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı (“ERA Electronics”in) xeyrinə 922,99 manat əsas və 90 manat cərimə borcu olmaqla, ümumilikdə 1012,99 manat məbləğində borcun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin, o cümlədən (dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.3-cü maddələrinə əsasən «İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır». , «Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Neftçala Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumuna aid hissədə "xxxx" ASC-yə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-498/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-498/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver