Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-533/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 350 manat məbləğində əsas borc, gecikdirilmiş borca görə 315 manat cərimə məbləği və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 695 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İndesit” Satış Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə ümumi qiyməti 810 manat dəyərində olan "POZİS RK-139” markalı soyuducu satılmışdır. Cavabdeh alınmış malın dəyərindən aslı olaraq 06 ay müddətində hər ay 135 manat ödəməyi öhdəsinə götürmüşdür. Əks halda gecikdirdiyi aylar üçün malın ödənilməmiş hissəsinin 10 faizi dəyərində aylıq cərimə hesablanacaqdır. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan ilkin olaraq 28 aprel 2020- ci il tarixdə 180 manat, 22 may 2020-ci tarixdə 180 manat və 22 oktyabr 2020-ci il tarixdə isə 100 manat ödənişlər etmişdir. X1 borcunu bu günə kimi ödəməmişdir. Bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə Satış Mərkəzi tərəfindən telefon zəngləri ilə xəbərdarlıq edilməsinə baxmayaraq o, mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə mağazaya heç bir məlumat vermir. Nəticədə cavabdeh mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı qeyd edir ki, aramızda bağlanmış müqavilənin 1-ci şərtinə əsasən "Alıcı" satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin 10 faiz dəyərində cərimə borcu hesablanacaqdır. Lakin o, cavabdehin maddi vəziyyətini nəzərə alaraq cərimə borcundan 9 ay, yəni cavabdehdən 315 manat tutulub ona verilməsini tələb edir. Cavabdeh "POZİS RK-139” markalı soyuducu üçün qalıq borcu 350 manat və müqavilənin şərtlərinə görə gecikdirilmiş borca görə, hesablanmış bir il cərimə borcundan 315 manat, ümümi borcu isə 665 manat yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəm iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 28 aprel 2020-ci il tarixli müqavilədən görünür ki, “İndesit” Satış Mərkəzi qismində çıxış edən İddiaçı ilə cavabdeh (alıcı) Cavabdeh arasında bağlanmış 28 aprel 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə ümumi qiyməti 810 manat dəyərində olan "POZİS RK-139” markalı soyuducu satılmışdır. Cavabdeh alınmış malın dəyərindən asılı olaraq 06 ay müddətində malın dəyərini ödəməyi öhdəsinə götürmüş, əks halda hər gecikdirilən ay üçün malın ödənilməmiş hissəsinin 10% dəyərində aylıq faiz hesablanacaqdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 25 yanvar 2022-ci il tarixinə olan borcun ödənilməsi barədə cavabdehə məlumat göndərilmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh alq-satqı qiyməti 810 manat olan aldığı malı 06 ay müddətinə, hər ay 135 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, hazırda cavabdehin əsas borca ödənilmiş məbləği 460 manat, ödənilməmiş məbləği 350 manat, cərimə borcu isə 315 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində ödənilməmiş borc, gecikdirilmiş borca görə 315 (üç yüz on beş) manat cərimə məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 695 (altı yüz doxsan beş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-533/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-533/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver