Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-535/2023 21.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 530 manat məbləğində əsas borc, gecikdirilmiş borca görə 477 manat cərimə məbləği və tərəfindən ödənilmiş 31,66 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1038,66 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İndesit” Satış Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə ümumi qiyməti 640 manat dəyərində olan "İndesıt E2SD-2160” markalı paltaryuyan maşın satılmışdır. Cavabdeh alınmış malın dəyərindən aslı olaraq 10 ay müddətində hər ay 64 manat ödəməyi öhdəsinə götürmüşdür. Əks halda gecikdirdiyi aylar üçün malın ödənilməmiş hissəsinin 10 faizi dəyərində aylıq cərimə hesablanacaqdır. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan ilkin olaraq 16 fevral 2020- ci il tarixdə 50 manat və 07 mart 2020-ci il tarixdə isə 60 manat ödənişlər etmişdir. X1 borcunu bu günə kimi ödəməmişdir. Bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə Satış Mərkəzi tərəfindən telefon zəngləri ilə xəbərdarlıq edilməsinə baxmayaraq o, mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə mağazaya heç bir məlumat vermir. Nəticədə cavabdeh mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı qeyd edir ki, aramızda bağlanmış müqavilənin 1-ci şərtinə əsasən "Alıcı" satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin 10 faiz dəyərində cərimə borcu hesablanacaqdır. Lakin o, cavabdehin maddi vəziyyətini nəzərə alaraq cərimə borcundan 9 ay, yəni cavabdehdən 636 manat tutulub ona verilməsini tələb edir. Cavabdeh "İndesit E2SD-2160” markalı paltaryuyan maşın üçün qalıq borcu 530 manat və müqavilənin şərtlərinə görə gecikdirilmiş borca görə, hesablanmış bir il cərimə borcundan 477 manat, ümümi borcu isə 1007 manat yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 16 fevral 2020-ci il tarixli müqavilə bağlamışdır. Ona ümumi qiyməti 640 manat dəyərində olan "İndesıt E2SD-2160” markalı paltaryuyan maşın satılmışdır. O, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri maddi çətinliyi olduğu üçün tam yerinə yetirməmişdir. Tələb olunan pul məbləğinin ondan tutlmasına etiraz etmir. Qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, “İndesit” Satış Mərkəzi qismində çıxış edən İddiaçı ilə cavabdeh (alıcı) Cavabdeh arasında bağlanmış 16 fevral 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə ümumi qiyməti 640 manat dəyərində olan "İndesıt E2SD-2160” markalı paltaryuyan maşın satılmışdır. Cavabdeh alınmış malın dəyərindən asılı olaraq 10 ay müddətində malın dəyərini ödəməyi öhdəsinə götürmüş, əks halda hər gecikdirilən ay üçün malın ödənilməmiş hissəsinin 10% dəyərində aylıq faiz hesablanacaqdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 25 yanvar 2022-ci il tarixinə olan borcun ödənilməsi barədə cavabdehə məlumat göndərilmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh alq-satqı qiyməti 640 manat olan aldığı malı 10 ay müddətinə, hər ay 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, hazırda cavabdehin əsas borca ödənilmiş məbləği 110 manat, ödənilməmiş məbləği 530 manat, cərimə borcu isə 477 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İddiaçı məhkəməyə müraciət edərkən 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 530 (beş yüz otuz) manat məbləğində ödənilməmiş borc, gecikdirilmiş borca görə 477 (dörd yüz yetmiş yeddi) manat cərimə məbləği və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, cəmi 1039 (min otuz doqquz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-535/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-535/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver