Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-540/2024 24.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 585 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Elektro Center” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 02 avqust 2023-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan Cavabdeh işlədiyi mağazaya gələrək kredit qiyməti 413 manat olan 1 ədəd “Samsung A04S (64gb)” markalı telefonu aralarında alğı-satqı müqaviləsi bağlandıqdan sonra 8 ay müddətinə kreditə götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 50 manat ilkin ödəniş etməli və hər ay mağazaya 46 manat ödəniş etməli olduğu halda 50 manat ilkin ödəniş etmiş və 8 ay ərzində 36 manat əsas borcdan ödəmiş və habelə 8 ay ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 56 manat ödəniş etmişdir. Bununla da cavabdehin hazırkı tarixə mağazanın xəzinəsinə 327 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 15 avqust 2023-cü il tarixdə mağazaya gələn cavabdeh kredit qiyməti 339 manat olan 1 ədəd “Samsung A04e (64gb)” markalı telefonu alğı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Həmin alğı-satqı müqaviləsinə əsasən cavabdeh mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 40 manat ilkin ödəniş etməli və hər ay mağazaya 50 manat ödəniş etməli olduğu halda o, mağazanın xəzinəsinə 40 manat ilkin ödəniş etmiş və 8 ay ərzində 41 manat əsas borcdan ödəmiş, habelə 8 ay ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 59 manat ödəniş etmişdir. Bununla da cavabdehin hal-hazırda mağazanın xəzinəsinə 258 manat əsas borcu yaranmışdır. Beləliklə cavabdehin 02 avqust 2023-cü il tarixli müqavilə üzrə 327 manat və 15 avqust 2023-cü il tarixli müqavilə üzrə 258 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadığı üçün cavabdehin ünvanına məktub göndərilərək ondan borcun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh borcun ödənilməsindən qəsdən imtina etmiş, mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışdır. Cavabdeh tərəfindən alğı-satqı müqaviləsinin şərtləri pozulduğu üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı – Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli 1906 nömrəli alğı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, satıcı - İddiaçı alıcı - Cavabdeh qiyməti 413 manat olan 1 ədəd “Samsung A04S (64gb)” markalı telefonu ilkin ödənişi 50 manat olmaqla və hər ay 46 manat hissə-hissə ödəmək şərtilə 08 ay müddətinə satmışdır. İş materiallarında olan satıcı - İddiaçı ilə alıcı – Cavabdeh arasında bağlanmış 15 avqust 2023-cü il tarixli 1941 nömrəli alğı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, satıcı - İddiaçı alıcı - Cavabdeh qiyməti 339 manat olan 1 ədəd “Samsung A04e (64gb)” markalı telefonu ilkin ödənişi 40 manat olmaqla və hər ay 50 manat hissəhissə ödəmək şərtilə 06 ay müddətinə satmışdır. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan "dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir (Qəbzin nömrəsi: **********75, ödəniş tarixi: xx.xx.2024). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 02 avqust 2023-cü il tarixli 1906 nömrəli alğı-satqı müqaviləsi üzrə 327 manat və 15 avqust 2023-cü il tarixli 1941 nömrəli alğı-satqı müqaviləsi üzrə 258 manat olmaqla, cəmi 585 manat əsas borc məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 avqust 2023-cü il tarixli 1906 nömrəli alğı-satqı müqaviləsi üzrə 327 (üç yüz iyirmi yeddi) manat və 15 avqust 2023-cü il tarixli 1941 nömrəli alğı-satqı müqaviləsi üzrə 258 (iki yüz əlli səkkiz) manat olmaqla, cəmi 585 (beş yüz səksən beş) manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat miqdarında pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-540/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-540/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver