Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-560/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynova (Qardaşova) Sübinə Vaqif qızının, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə ilkin iddia üzrə iddiaçı Hüseynova (Qardaşova) Sübinə Vaqif qızının ilk iddia üzrə Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynova (Qardaşova) Sübinə Vaqif qızına qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Qardaşova) Sübinə Vaqif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 16 fevral 2007-ci il təvəllüdlü Fatimə adlı uşağın saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin dəyişdirilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən hər ay əmək haqqının 1/4 hissəsinə yönəlməklə alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Hüseynova (Qardaşova) Sübinə Vaqif qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (ilk iddia üzrə iddiaçı) X15 ilə birgə nikahlarından anadan olmuş və hazırda himayəsində qalan 25 noyabr 2011-ci il təvəllüdlü Zəhra və 16 noyabr 2016-cı il təvəllüdlü Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 hər ay sabit pul məbləğində - 440 manat məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-560/2023 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi üzrə Cavabdeh ilk iddia tələbi üzrə iddiaçı Hüseynova (Qardaşova) Sübinə Vaqif qızına qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi qəbul edilmiş və ilkin iddia tələbi ilə birlikdə baxılması qərara alınmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynova (Qardaşova) Sübinə Vaqif qızı işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-17/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh boşandığını, xx.xx.2007-ci il təvəllüdlü Fatimənin onun yanında qaldığını bildirmişdir. Qeyd olunan qətnaməyə əsasən cavabdehdən Fatimə adlı uşağın saxlanması üçün sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19.1 bəndində valideynlərin əsas vəzifələri uşaqların saxlanılması göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilir: 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" AR Qanununun 13-cü maddəsi). Faktiki uşağların saxlanılmasında bütün güc onun üzərinə düşür və əziyyətini o çəkir, xərclərini ödəmək çox çətindir. Çünki uşaq azyaşlıdır və xərcləri əhəmiyyətli çoxdur. Buna görə də məcburiyyət qarşısında qalaraq alimentin tutulması üçün məhkəməyə müraciət edir. Cavabdeh Hüseynov X10 rayon Mərkəzi Xəstəxanasında həkim işləyir və alimenti əmək haqqının və hər cür gəlirlərinin 1/4 hissəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını istəyir. X1 iştirakı ilə mediasiya prosesi keçirilmiş, mediasiya prosesində iştirak edilməməsi barədə ona arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək cavabdeh (ilk iddia üzrə iddiaçı) X15 ilə nikahlarının 07 yanvar 2006-cı il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmiləşdirildiyini və həmin birgə nikahdan üç nəfər - xx.xx.2007-ci il tarixdə Fatimə, xx.xx.2011- ci il tarixdə Zəhra və xx.xx.2016-cı il tarixdə Yusif adlı uşaqlarının anadan olduqlarını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 16 illik ailə həyatları əsasən normal məcrada keçsə də, cavabdeh (ilk iddia üzrə iddiaçı) Hüseynovanın ona bəlli olmayan, öz təşəbbüsü ilə məhkəməyə verdiyi boşanma və aliment tələbinə dair iddia ərizəsi ilə əlaqədar işə baxılmış, Neftçala Rayon Məhkəməsinin 2(053)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən nikahları pozulmuş və cavabdeh (ilk iddia üzrə iddiaçı) Hüseynovanın yanında və himayəsində qalan, birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü Fatimə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Sübinə Hüseynovanın xeyrinə ödənilməsi qət edilmişdir. Qarşı tərəflə olan (artıq pozulmuş) birgə nikahlarından anadan olmuş 2 azyaşlı uşaq xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı uşaqlar artıq 1 ildir ki, onun yanında qalmaqla həm maddi, həm də mənəvi cəhətdən tam himayəsindədirlər. Hətta demək olar ki, 2021-ci ilin ikinci yarısında da uşaqlar onunla olmuşlar ki, yəqin qarşı tərəf də bunu etiraf edər. Onların hər ikisi məktəblidirlər. Məlumdur ki, hazırki çətin iqtisadi şəraitdə 2 azyaşlı məktəbli uşağın saxlanılması təkbaşına onun üçün də çətindir. Mövcud inflyasiya və ifrat bahalıq şəraitində 2 məktəbli uşağın geyimi, dərs-məktəb ləvazimatları, ərzaq-qida, tibbi və s. coxsaylı zəruri təminat və tələbatları xeyli vəsait tələb edir ki, bütün bunları da qarşılamaq bu günün reallığı olmaqla onun üçün də çox çətindir. Hələ onların saxlanması, təmizlikləri, təlim-tərbiyə və təhsilləri üzərində nəzarət, evǝ, qadına məxsus çoxsaylı digər işlərin məcmusunun da onun üzərində və öhdəsində cəmləşməsinin ayrıca izahına ehtiyac yoxdur. Çünki, hər şey aşkar göz önündədir. O, özü rayon Mərkəzi Xəstəxanasında TTTYS-nın çağırış üzrə növbətçi həkimidir. Bundan əlavə, həm özünün dolanışığının, həm də himayəsində olan İİ qrup ürək əlili, şəkərli diabet, habelə sinir onurğa damar xəstəliklərinin xroniki daşıyıcısı olan yaşlı anasının yaşam və digər sosial xərcləri, həm də hər ay qarşı tərəfə ödədiyi aliment, vəziyyətlərini daha da çətinləşdirir. Bu qədər ağır yükün bir nəfər tərəfindən necə çəkilməsi təbii ki, hamı üçün başadüşüləndir. Qarşı tərəf isə rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləməklə ayda təxminən 700- 800 manat civarında əmək haqqı və s. əlavə ödənişlər də alır. Növbəti - iyul ayından isə onların əmək haqqı təxminən 50 faizə qədər artırılacağı barədə dövlətin müvafiq qərarı vardır. Həmçinin o, himayəsindəki 1 uşağın saxlanmasına görə məhkəmə qətnaməsinə əsasən Hüseynovaya hər ay 120 manat məbləğində aliment pulu da ödəyir. Məsələyə haqq- ədalət prizmasından yanaşıldıqda isə, təbii ki, burada real ədalətsizlik dərhal nəzərə çarpır. Qanunverici təsbit edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə onlar, mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Ona görə də yuxarıda göstərdiklərinə əsasən, hesab edir ki, cavabdeh (ilk iddia üzrə iddiaçı) Hüseynovadan himayəsində qalan 2 nəfər azyaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmə qaydasında hər ay sabit pul məbləğində - 440 manat aliment tutulub onun xeyrinə ödənilməlidir. Qeyd etdiklərinin nəzərə alınmasını və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Neftçala rayon qeydiyyat şöbəsinin 12 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh oğli ilə İddiaçı arasında 07 yanvar 2006-cı il tarixdə 11№-li akt qeydi ilə nikah bağlanmış, nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Qeyd: Nikah Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2022-ci ildə 82№-li akt qeydi ilə Neftçala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. «Doğum haqqında» şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 16 fevral 2007-ci il tarixdə X11, 25 noyabr 2011-ci il tarixdə X17 və 16 noyabr 2016-cı il tarixdə X18 adlı uşaqlar anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 2-(053)-17/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, X5 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X15 ilə Cavabdeh arasında Neftçala rayon VVADQ Şöbəsində 07 yanvar 2006-cı il tarixdə 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından 16 fevral 2007-ci il tarixdə anadan olmuş X11 iddiaçı–anası X5 yanında saxlanılmış, azyaşlılar – 25 noyabr 2011-ci il təvəllüdlü X17 və 16 noyabr 2016-cı il təvəllüdlü X18 cavabdeh-ataları Cavabdeh alınaraq iddiaçı – anaları X7 verilmələri, tərəflərin birgə nikahlarından 16 fevral 2007-ci il tarixdə anadan olmuş X3, 25 noyabr 2011-ci il tarixdə doğulmuş X8 və 16 noyabr 2016-cı il tarixdə anadan olmuş X9 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, ayda cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin tutulmasının başlanğıcı qətnamənin “uşaq” tələbi ilə bağlı hissəsinin icra olunduğu gündən hesablanması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(053)-17/2022 saylı qərardadından görünür ki, iddiaçı X5 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəmənin 19 may 2022-ci il tarixli, 2(053)- 17/2022 saylı qətnaməsində düzəliş edilmişdir. Məhkəmə qətnaməsinin məzmununda alimentin tutulmasının başlanğıcı 16 fevral 2007-ci il tarixdə anadan olmuş X6 münasibətdə 28 iyul 2021-ci il tarixdən, 25 noyabr 2011-ci il tarixdə anadan olmuş X12 və 16 noyabr 2016-cı il tarixdə anadan olmuş X13 münasibətdə isə qətnamənin “uşaq tələbi” ilə bağlı hissəsinin icra olunduğu gündən hesablanmalı olduğu kimi oxunması qərara alınmışdır. Qətnamənin nəticəvi hissəsi alimentə dair hissədə aşağıdakı qaydada oxunsun: “Tərəflərin birgə nikahlarından 16 fevral 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X5 xeyrinə ödənilsin. Alimentin tutulmasının başlanğıcı 16 fevral 2007-ci il tarixdə doğulmuş X6 münasibətdə 28 iyul 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi 16 fevral 2007-ci il tarixdə doğulmuş X6 münasibətdə dərhal icra edilsin”. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 13 aprel 2023-cü il tarixli Salyan rayon Vəkil Bürosuna ünvanlanmış arayışından görünür ki, “Cavabdeh “Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X14 şöbəsinin, TTTY stansiyasının, TTTY üzrə həkim vəzifəsində işləyir. Cavabdeh əsas əmək haqqı 1.0 stavka TTTY üzrə həkim işlədiyinə görə 1214 AZN və 0.5 stavka TTTY üzrə həkim işlədiyinə görə 607 AZNdir. Əlavə gəlirləri isə (gecə pulu,bayram pulu və.s) 1252 AZN-dir. Toplam Cavabdeh aylıq aldığı əmək haqqı 3073 AZN-dir.” “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 07 avqust 2023-cü il tarixli Neftçala Rayon Məhkəməsinə ünvanlanmış arayışından görünür ki, “Neftçala rayon X16 Hüquqi Şəxsinin təcili və X14 stansiyasında təcili yardım həkimi vəzifəsində çalışan Cavabdeh aylıq əmək haqqısı 2.297,65 (iki min iki yüz doxsan yeddi manat altımış beş qəpik) təşkil edir.” İşə əlavə olunmuş 12 iyun 2023-cü il tarixli arayışda qeyd olunur ki, Hüseynov X10 şəhəri, H.Əliyev prospekti ünvanında yaşayır və ailə tərkibində qızı X17 və X18 vardır. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 04 iyul 2023-cü il tarixli arayışından görünür ki, Hüseynova-İddiaçı hal-hazırda “Neftçala RMX" PHŞ-nın terapiya şöbəsində tibb-bacısı vəzifəsində işləyir və kart hesabına vurulan aylıq əmək haqqı 585 (beş yüz səksən beş) manat təşkil edir. Buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zəhra və Yusif adlı uşaqların faktiki olaraq onun yanında qalmalarını bildirsə Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə azyaşlılar – 25 noyabr 2011-ci il təvəllüdlü X17 və 16 noyabr 2016-cı il təvəllüdlü X18 cavabdeh-ataları Cavabdeh alınaraq iddiaçı – anaları X7 verilmələri qət edilmişdir. Cavabdeh faktiki olaraq himayəsində qalan azlaşlı uşaqların yaşayış yerinin müəyyən olunması haqqında məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə uşağın 2012-ci il tarixdən etibarən 1 yaş böyüdüyünü və bununla da qayğılarının artdığını, 2022-ci ilə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun dövlət səviyyəsində artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişiklik kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsini mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə aliment hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında müəyyən edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, ilk iddia üzrə iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, Cavabdeh uşağı 16 fevral 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasını mümkün sayır. Göstərilənlərə əsasən ilk iddia təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci madəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-17/2022 nömrəli mülki iş üzrə 19 may 2022ci il tarixli qətnaməsi ilə 16 fevral 2007-ci il təvəllüdlü X6 aid hissədə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 16 fevral 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (uşağın atası) Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Hüseynova (Qardaşova) Sübinə Vaqif qızına ödənilsin. Yuxarıda qeyd olunan məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-560/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-560/2023
31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver