Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-611/2023 31.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Neftçala rayonu, X2 sədri X3 iştirakı ilə, iddiaçı Neftçala rayonu, X2 Cavabdeh qarşı “1.800 manat miqdarında ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayonu, X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Neftçala rayonu, X4 vurduğu 1.800 manat miqdarında maddi ziyanın əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, X2 sədri X9 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Neftçala rayonu, X2 balansında olan Ehtiyat Fonduna aid kənd təsərrüfat təyinatlı 4 hektar torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib becərməklə torpaq sahəsini özbaşına zəbt etmişdir. Cavabdeh 4 hektar kənd təsərrüfatlı torpaq sahəsini zəbt edib, qanunsuz əkdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirlərək işin baxılması məhkəməyə göndərilmiş, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)-64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cavabdeh 4.0 ha. torpaq sahəsinə əkmiş olduğu arpanı biçmişdir. 25 may 2022-ci il tarixdə Neftçala rayonu, X2 müraciəti əsasında Neftçala rayon X15 Mərəkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə üzvülərinin və kənd sakini Məlikov Elçin Abasǝt oğlunun iştarkı ilə Xol Qarabucaq kənd bələdiyyəsinin balansında olan reystr nömrǝsi **********83, qeydiyyat nömrəsi ********** olan torpağın boz çəmən, mexaniki tərkibi gill, keyyfiyyət qrupu 3-cü olan 4.0 ha arpa əkilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 4.0 ha 15 sentner = 6000 kq; 6000 kq 0.30 man = 1.800 manat. Sahənin məhsuldarlığının qiyməti 1.800 manat təşkil edir. Neftçala rayonu, Xolqarabucaq Bələdiyyəsi 05 yanvar 2023- cü il tarixdə iclas keçirmiş, Neftçla rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyə əkin təyinatlı torpaqlardan 4.0 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə məsələ müzakirə edilmişdir. Dəymiş maddi ziyanın ödənilməsi barəsində məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Bələdiyyə sədri həmçinin bildirir ki, cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunmuş, lakin o, imtina edərək, bununla bağlı hətta ərizə yazaraq, ondan tələb olunan pulun bir manatını belə ödəməyəcəyini bildirmişdir. Ona görə də X8 məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bələdiyyə sədri məhkəməyə ərizə tədim edərək həmçinin onu da qeyd etmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehdən iddia tələbində göstərdiyi 1800 manat pul məbləğindən 800 manat güzəşt edilərək 1000 manat pulun Neftçala rayonu, X2 xeyrinə tutulması barədə ərizə təqdim etsə sonradan cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə əvvəlki iddia tələbində qeyd olunan 1800 manat məbləğində dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və iclasın vaxtını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 01 sentyabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında cavabdeh dəfələrlə iddiaçının nümayəndəsi tərəfindən aldadıldığını, həmin 4.0 ha torpaq sahəsinə toxum əkmək istədiyini, lakin iddiaçının nümayəndəsinin buna imkan vermədiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, həmin torpaq sahəsindən məhsul yığsa da iddiaçının hesabladığı məbləğdə məhsul götürməmişdir. Həmin torpaqlarda suvarma şəraiti yoxdur. Yağış yağdığı halda məhsul götürmək olur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki-Prosessual Qanunvericiliyin yuxarıda göstərilən müddəasına əsaslanaraq məhkəmə qeyd edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına Neftçala Rayon Məhkəməsinin 1(053)-64/2023 nömrəli cinayət işi üzrə 06 iyul 2022-ci il tarixli hökmünün surəti əlavə olunur. Həmin hökmlə aşağıdakılar müəyyən edilib: “Cavabdeh 2021-ci ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdən Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfat təyinatlı 4 hektar torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutmuşdur”. Cavabdeh göstərilən əməlinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 01 il sınaq müddəti ilə şərti tətbiq olunmuşdur. Neftçala rayonu, X2 05 yanvar 2023-cü il tarixli, 01 saylı iclas protokolu iş materiallaına əlavə olunub. Protokolda gündəlikdə duran məsələlərdən 6-cı bəndi Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdən qanunsuz istifadə etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4.0 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi, 7-ci bəndi isə Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bələdiyyənin əkin təyinatlı torpaqlarından ümumilikdə 4.0 ha torpaq sahəsinə görə bağlanmış 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqaviləsinin ləğvi və icarəçi tərəfindən ödənilməyən icarə haqqı borcunun ödənilməsidir. Protokol üzrə qeyd olunan gündəlikdə duran 6-cı məsələ üzrə aşağıdakılar qərara alınmışdır. “1.Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdə zəbt etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsinə görə təqsirləndirilən şəxs kimi Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınsın. 2.Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh Adişirin oğlunun 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barəsində aidiyyatı məhkəmədə iddia qaldırılsın. 3.Qərarın 1 (bir) nüsxəsi aidiyyatı məhkəməyə təqdim edilsin.
4. Qərarla kənd əhalisinin tanış olması üçün elan şəklində dərc edilərək çatdırılması təmin edilsin. 5.Qərarın icrasına nəzarət bələdiyyənin sədri X5 həvalə edilsin”. Protokol üzrə qeyd olunan gündəlikdə duran 7-ci məsələ üzrə aşağıdakılar qərara alınmışdır: “1.Dördlər kənd sakini Cavabdeh ilə Neftçala Rayon Məhkəməsinin 15 oktyab 2021-ci il tarixli, 2(053)-593/2021 nömrəli qətnaməsinə əsasən X8 arasında 35 il müddətinə bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsi üçün ümumilikdə 2000 manat illik icarə haqqı olmaqla 10 noyabr 2022-ci il tarixli, 3M-69 nomrəli "Torpaq icarə müqavilələri" nəzərə alınsın.
2. 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli “İcarə müqaviləsi”nin 5-ci bəndinə əsasən Cavabdeh 4 ha torpaq sahəsinə görə ümumilikdə 2000 manat illik icarə haqqını hər ilin noyabr ayının 18-nə kimi ödəməsi nəzərə alınsın.
3. X8 tərəfindən Cavabdeh ünvanına göndərilmiş “İcarə müqaviləsi”nin 5-ci bəndinə 2000 manat illik icarə haqqını ödəməsi barəsində 19 noyabr 2022-ci il tarixli, 277 nömrəli rəsmi bildiriş nəzərə alınsın.
4. Cavabdeh Adişirin oğlu “İcarə müqaviləsi”nin şərlərini pozduğuna və icarə haqqın odəmədiyinə görə, bələdiyyənin əkin təyinatlı torpaqlarından ümumilikdə 4 ha torpaq sahəsinə görə bağlanmış 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqaviləsinin ləğv olunmas barədə Torpaq haqqında qanunvericiliyinə əsasən aidiyyəti məhkəmədə iddia qaldırılsın.
5. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən icarə haqlarının ödənilməsini əsas tutaraq Cavabdeh torpaq üzərində istifadə hüququna xitam verilməsinə və 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqavilələrinə əsasən ümumilikdə 2000 manat odənilməmiş illik icarə haqqlarının müqavilə şərtlərinə əsasən bələdiyyə büdcəsinə geri gaytarmadığı halda Torpaq haqqında qanunvericiliyinə əsasən aidiyyəti məhkəmədə iddia qaldırılsın.
6. Qərarın 1 (bir) nüsxəsi aidiyyatı məhkəməyə təqdim edilsin. 7 Qərarla kənd əhalisinin tanış olması üçün elan şəklində dərc edilərək çatdırılması təmin edilsin
8. Qərarın icrasına nəzarət bələdiyyənin sədri X6 həvalə edilsin”. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Yuxarıda göstərilən sənədləri nəzərə alıb, prosessual qanunvericiliyin istinad olunan müddəasının tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Neftçala rayonu, X2 mülkiyyətində olması, həmin sahənin Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında özbaşına tutularaq, orada kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib, becərməsi halları sübuta yetirilmiş sayılmalıdır. X13 X1 sektorunun müdiri X10, Neftçala rayonu, X2 sədri X9, Neftçala rayonu, X2 üzvü X7 və Xol Qarabucaq kənd sakini X11 tərəfindən 25 may 2022-ci il tarixdə tərtib edilmiş aktın məzmunundan görünür ki, həmin şəxslər tərəfindən X2 balansında olan, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan 4 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olması və orada arpa əkildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmçinin «Müəyyən olundu ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 4.0 ha x 15 sentner = 6.000 kq. 6.000 kq x 0.30 man = 1.800 man. Sahənin məhsuldarlığının qiyməti 1.800 man. təşkil edir. Aktın doğru olduğunu imzamızla təsdiq edirik». Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X13 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh 17 avqust 2023-cü il tarixdə 3-22-3-47/2-C-8-16-5/2023 nömrəsi ilə aşağıdakı məzmunda arayış verilib: “X13 İnkişaf Mərkəzi (Neftçala DAİM) Sizin 17 avqust 2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, Sizin istifadənizdə olan 4 hektar torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixində tərəfimizdən baxış keçirilməmişdir və dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair heç bir sənəd tərtib edilməmişdir. Bununla yanaşı bildirmək istərdik ki, Neftçala DAİM-in bitkiçilik üzrə mütəxəssisinin vətəndaş müraciəti əsasında əkin sahəsinə baxış keçirməsi və bu barədə mütəxəssis rəyi tərtib etməsi, habelə bir neçə şəxsin iştirakı ilə müvafiq aktın tərtib olunması istisna olunmur”. Yuxarıda göstərilən aktın sübut növü kimi mötəbərliyi məsələsinə münasibət bildirərək məhkəmə göstərilən sənədlərin məzmununun cavabdeh tərəfindən qismən mübahisələndirdiyini (həmin akta münasibətdə məhsulun aktda göstərilən həcmdə olmadığını) də nəzərə alır. Qeyd olunur ki, yuxarıda göstərilən 4 ha sahədə hazırda arpa bitkisinin çıxışının mövcud olmaması, habelə iqlim, aqrotexniki qulluq və s. amillərdən asılı olaraq məhsuldarlığın ildən ilə fərqli ola bilməsi səbəbindən hazırkı iş üzrə məhkəmə baxışı dövründə müvafiq məsələ ilə bağlı tədqiqat aparılması lüzumsuzdur. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 25 may 2022-ci il tarixində tərtib olunmuş aktın faktik vəziyyətə uyğunluğunu şübhə altına almaq üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə 25 may 2022-ci il tarixli aktı iş üzrə mötəbər sübut kimi qəbul edir. Beləliklə, Cavabdeh X2 balansında olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq orada arpa bitkisi əkib-becərməsi, həmin fəaliyyəti nəticəsində 2022-ci ilin müvafiq dövründə orta hesabla təxminən 3.350 kq. arpa məhsulu əldə etməsi sübuta yetirilmiş sayılmalıdır. Qeyd olunur ki, 25 may 2022-ci il tarixli aktda 1,0 kq arpanın dəyərinin 0,30 manat olması nəzərə alınaraq 6.000 kiloqram arpanın qiymətinin 1.800 manat təşkil etdiyi qeyd olunmuşdur. Cavabdeh məhkəmə hazırlıq iclasında qeyd etmişdir ki, o, həmin torpaq sahəsindən qeyd olunan məhsulu yığsa da iddiaçının hesabladığı məbləğdə məhsul götürməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi 01 sentyabr 2023-cü il tarixli ərizəsində cavabdehə güzəşt edilərək ondan 1000 manat məbləğində ziyanın tutulmasını xahiş etsə də sonradan cavabdehin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasına gəlməməsindən hiddətlənərək iddia tələbinin tam təmin olunması ilə bağlı ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən Cavabdeh yuxarıda qeyd olunan fəaliyyəti nəticəsində 1.000 manat miqdarında gəlir götürdüyü və ya götürməli olduğu müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir» Beləliklə, iddiaçı X8 Cavabdeh 1.800 manat miqdarında pulun tutulmasını tələb etmək hüququna malikdir. İddia qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Neftçala rayonu, X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Samir Quliyev