Məhkəmə qərarları › İş №2(053)-650/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-650/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-650/2024 05.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(053)-143/2019 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılaraq, 31 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 31 iyul 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyi üçün o, Neftçala Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, məhkəmənin 16 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün hər ay 80 manat məbləğində alimentin verilməsi qət edilmişdir. Daha sonra həmin məhkəmənin 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. O, alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, məhkəmənin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə məhkəmənin 16 avqust 2016-cı il tarixli, 2(053)-1136/2016 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş və artırılaraq cavabdehdən hər ay 90 manat məbləğində alimentin verilməsi qət edilmişdir. Uşağı saxlamaqda maddi çətinlik çəkdiyi üçün yenidən Neftçala Rayon Məhkəməsinə alimentin artırılması tələbinə dair müraciət etmiş, məhkəmənin 18 mart 2019-cu il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(053)-1003/2017 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qeyd edir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır və hazırda yaşayış üçün minimum 235 manat təşkil edir. Əlavə olaraq qeyd edir ki, uşağı xəstədir, hər ay onun müalicə və müayinəsinə xeyli miqdarda pulu çıxır. Cavabdehin maddi vəziyyəti çox yaxşı səviyyədə olmağına baxmayaraq ona köməklik göstərmir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia tələbinin xahiş edirəm hissəsində uşağın X2 oxunmasını, uşağın allergik-bronxit xəstəsi olduğunu, gələcəkdə astma xəstəliyinə çevrilməməyi üçün hər ay mütəmadi müalicələrin olunduğunu, özünün saç ustası yanında köməklik etdiyini, cavabdehin isə mühafizə polisi işlədiyini bildirərək cavabdehdən ən azı 200 manat aliment qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, 25 iyun 2024-cü il tarixdə ərizə göndərərək məhkəmə iclaslarında xidməti vəzifəsinin icrası ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddianı qismən qəbul edərək bildirmişdir ki, AR-nın DİN-nin Baş Mühafizə İdarəsinin Suraxanı rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir və əmək haqqı üzrə vəzifə maaşı cəmi 600 manatdır. Əlavə olaraq öhdəliyində xəstə anasının olduğunu, halhazırda kirayədə qaldığını, anasının təqaüd almadığını bildirərək, hər ay əmək haqqından ¼ hissəsində alimentin tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 31 iyul 2014-cü il tarixdə anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(053)-143/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(053)-1003/2017 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılmış, azyaşlı-31 iyul 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh hər ay 110 manat məbləğində müəyyən edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 31 iyul 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 31 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2.160 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 41,60 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(053)-143/2019 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 31 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 180 (yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar