Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-712/2023 10.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “Vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 740,47 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 28 yanvar 2023-cü il tarixdə, saat 11:13 radələrində Neftçala rayonu ərazisində, Salyan-Neftçala avtomobil yolunun 40,5-ci kmdə, yolun sağ tərəfində yol boyu kol ağacları ekskavatorla təmizləyərkən İddiaçınə (bundan sonra İddiaçı MMC) məxsus Salyan-Neftçala istiqamətli FO-24 kabeli qırılmışdır. Bunun nəticəsində İddiaçı MMC-yə 740,47 manat məbləğində maddi ziyan vurulmuşdur. Salyan-Neftçala istiqamətli FO-24 kabeli qırılması ilə əlaqədar 28 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-nin Xətt Təsərrüfatına Xidmət X7 Qrupunun əməkdaşları və Neftçala rayonu, Mirqurbanlı kənd sakini Cavabdeh tərəfindən akt tərtib edilmişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına 20 fevral 2023-cü il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın 6-cı bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir. Tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Beləliklə hesab edilmişdir ki, Cavabdeh 740,47 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı MMC-nın nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, habelə işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə Azərbaycan Respublikası MPM-nin 185.5 ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarında olan (rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə) İddiaçı MMC-nin Texniki Departamentinin xətt-təsərüffatına xidmət şöbəsinin Salyan XQnın rəisi X2, Salyan XQ-nın elektrik montyoru X5, Salyan XQ-nın qaynaqçı-operatoru X6, Neftçala rayonu, Mirqurbanlı kənd sakini Cavabdeh və Neftçala şəhər İH-nin İƏDÜN-si X3 iştirakı ilə tərtib olunaraq imzalanmış və möhürlənmiş aktdan görünür ki, həqiqətən 28 yanvar 2023-cü il tarixində, saat 11:13 radələrində Neftçala rayonu ərazisində Salyan- Neftçala istiqamətli FO-24 rabitə kabeli Neftçala rayonu, Mirqurbanlı kənd sakini Cavabdeh rəhbərliyi ilə Salyan-Neftçala avtomobil yolunun 40,5 km-də, yolun sağ tərəfində, kol ağaclarının təmizlənməsi ilə əlaqədar ekskavatorla aparılan torpaq qazıntı hadisəsi nəticəsində sıradan çıxmışdır. Nəticədə Salyan-Neftçala FO-24 istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da, sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, baş vermiş hadisə Neftçala rayonunun Mirqurbanlı kəndində ekskavatorla aparılan torpaq qazıntısının rəhbəri Cavabdeh tərəfindən ehtiyatsızlıqdan törədilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu 740,47 manat zərərdən xəbərdar olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən həmin ərazidə ekskavatorla qazıntı işlərinin aparılması açıq-aşkar görünməkdədir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 740,47 (yeddi yüz qırx manat qırx yeddi qəpik) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-712/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-712/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver