Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-728/2023 17.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 830 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, yuxarıda göstərdiyi ünvanda yaşayır. Cavabdeh onun sənədlərini düzəltmək adı ilə ondan ümumilikdə 830 manat pul almışdır. İstintaq zamanı cavabdeh əməlini etiraf etmişdir. Salyan Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(057)-128/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək ibtidai həbsdə saxlanılmasını nəzərə alınaraq üzərində qəti olaraq 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ona maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçrimiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. O, Qarabağ Müharibəsi veteranıdır. Bu səbəbdən rüsum ödəməkdən azaddır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidirlər. Neftçala Rayon Məhkəməsinin 1(057)-128/2022 nömrəli iş üzrə 27 sentyabr 2022-ci il tarixli hökmündə məhkəmənin müəyyən etdiyi hallar kimi aşağıdakılar qeyd olunur: “Təqsirləndirilən şəxs Cavabdeh, tamah niyyətilə etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu, Qızılağac kənd sakini İddiaçı 1-ci Qarabağ müharibəsində iştirakı ilə əlaqədar hərbi biletində müvafiq qeydiyyatlar etdirib, ona əlillik pensiyası düzəltdirəcəyi barədə qabaqcadan yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə İddiaçı 800 manat pulunu ələ keçirmək məqsədilə onunla razılaşıb, 2021-ci ilin iyul ayının 27-də sonuncu ilə Salyan şəhər avtovağzalı ərazisində görüşərək, ondan 620 manat pulu həmin görüşdən təxminən 10 gün sonra əlillik pensiyasının düzəlməsi uçun əlavə 200 manat pul lazım olması barədə İddiaçılə razılaşıb sonuncu ilə həmin tarixdə yenidən Salyan şəhəri Ə.Qasımzadə küçəsi ərazisində yerləşən "Nəzrin” şirniyyat sexinin qarşısında görüşərək ondan 170 manat pulu, həmin görüşdən təxminən 10 gün sonra yenidən İddiaçı zəng vurub bu işi həll etməsi üçün əlavə 50 manat pul lazım olması barədə bildirərək həmin tarixdə sonuncunun yaşadığı Salyan rayonu, Qızılağac kəndində yerləşən ödəmə terminalı vasitəsilə göndərdiyi 40 manat pulu özünə məxsus olan “Debit bank” kartı vasitəsilə əldə etməklə, vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 830 manat pulunu ələ keçirərək dələduzluq etmişdir”. Həmin cinayət əməlinə görə Cavabdeh Salyan Rayon Məhkəməsinin 1(057)-128/2022 nömrəli iş üzrə 27 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını və Salyan Rayon Məhkəməsinin hazırkı işlə bağlı preyudisial əhəmiyyətə malik olan 27 sentyabr 2022-ci il tarixli hökmünü nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh dələduzluq cinayəti törətməklə İddiaçı ümumilikdə 830 manat miqdarında maddi ziyan vurması halı sübuta yetirilmiş sayılmalıdır. Cavabdeh (cinayət işi üzrə təqsirləndirilən şəxs) cinayət işinin məhkəmə baxışı zamanı bildirmişdir ki, cinayət nəticəsində o, Mikayıldan iş düzəltmək adı ilə 830 manat miqdarında pul almış, lakin maddi imkanı olmadığı üçün onun pulunu qaytarmamışdır. İddiaçı cinayət işi üzrə məhkəmə baxışı dövründə də müvafiq məsələ ilə bağlı eyni məzmunlu ifadə verib. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya vurduğu 830 manat miqdarında ziyanın sonuncuya ödənilməməsi halı sübuta yetirilmiş sayılmalıdır. İşin mübahisəsiz hallarından həmçinin görünür ki, cinayət işi üzrə məhkəmə baxışı dövründə iddiaçıya dəymiş 830 manat ödənilməyib (bu halı cavabdeh bildirməklə yanaşı, iddiaçı da etiraf edir). Göründüyü kimi cavabdehin özü də 830 manat miqdarında zərərin ödənilmədiyini etiraf edir. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət nəticəsində vurulmuş 830 manat zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”, “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh cinayət nəticəsində vurduğu 830 manat miqdarında ziyan tutularaq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən müharibə veteranları üçün qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etməklə dövlət rüsumu ödəməyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsasən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməli məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində borc tutularaq İddiaçı verilsin. Habelə Cavabdeh iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilməli olan 30 (otuz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən rəsmi qaydada verildiyi 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-728/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-728/2023
17.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver