Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-75/2025 24.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən mənzildə birgə yaşayış qaydalarının pozulması ilə aparılan təmirtikinti işləri nəticəsində ona (iddiaçıya) məxsus mənzilə vurulmuş 956 manat məbləğində maddi ziyanın, habelə tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatəti əsasında Neftçala rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, ünvan 1 ünvanında yaşayan cavabdeh tərəfindən 2023-cü ilin noyabrından 2024-cü ilin may ayınadək həmin mənzildə birgə yaşayış qaydalarının pozulması ilə aparılan təmir-tikinti işləri nəticəsində ********** nömrəli reyestr qeydi ilə xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mənzilə onun daxili divarlarının və tavanının zədələnməsi ilə müşayiət olunan maddi ziyan dəydiyini bildirmişdir. Bu barədə Neftçala Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlə əlaqədar 05 iyun 2024-cü il tarixdə əmlakına texniki baxış keçirilmiş və nəticədə mənzilə dəymiş maddi ziyanın məbləği 956 manat həcmində müəyyən olunaraq qüsur aktı tərtib edilmişdir. Dəymiş zərər məbləğinin ödənilməsi ilə bağlı bir neçə dəfə cavabdehlə əlaqə saxlasa da, zərər bugünədək qismən belə olsa kompensasiya edilməmiş, nəticədə mənzil istehlak xassələri zədələnməklə istifadəyə yararsız vəziyyətdə qalmışdır. Cavabdeh Rusiya Federasiyasında yaşasa da, arabir gəlib öz evinə baş çəkir. Cavabdeh burada olduğu müddətdə təmir işləri görülmüş və cavabdehə öz evinə ziyan dəydiyi barədə dəfələrlə bildirməsinə baxmayaraq bunun heç bir faydası olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda ev təmirsiz vəziyyətdə olduğuna görə öz evində yaşaya bilmir. Hesab edir ki, ünvan 3 ünvanında yerləşən mənzildə aparılan təmir-tikinti işləri ilə əlaqədar ona məxsus mənzilə dəymiş 956 manat məbləğində maddi ziyan cavabdehdən tutulmalı və xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 67.1 kv.m təşkil edən mənzil 24 sentyabr 2013-cü il tarixində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınıb. İş materiallarına əlavə edilmiş Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş 05 iyun 2024-cü il tarixli qüsur aktından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə vizual baxış keçirilmiş və nəticədə həmin mənzilə ümumilikdə 956 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə tavan və divar hissələrinin yararsız vəziyyətə düşdüyü görünür. Məhkəmənin 19 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəməmühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. ünvan 2 ünvanında yerləşən mənzilə zərər vurulması halı müəyyən edilirmi? Əgər müəyyən edilirsə, bunun ünvan 1 ünvanında yerləşən mənzildə təmir-tikinti işlərinin aparılması və sair fəaliyyətlə səbəbli əlaqəsi mövcuddurmu?; 2. ünvan 2 ünvanında yerləşən mənzilə zərər vurulubsa, bunun nəticələrinin aradan qaldırılması üçün hansı məbləğdə pul vəsaitinin xərclənməsi tələb olunur?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 07 aprel 2025-ci ildə verilmiş 10/418 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən, 11A saylı evin, 38 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Baxış zamanı 40 saylı mənzilin qapısı bağlı olduğundan, 38 saylı mənzilə dəymiş ziyanın səbəbini müəyyən etmək mümkün olmamışdır». Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən «1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır». Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən «Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 07 aprel 2025-ci ildə verilmiş 10/418 nömrəli ekspert rəyində ünvan 2 ünvanında yerləşən evə həqiqətəndə ziyan dəydiyi müəyyən olunmuş və evin təmir işlərinə sərf ediləcək materialların həcmi qeyd olunmuşdur. Bununla yanaşı, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, mənzilə vurulmuş zərərin məbləği ümumilikdə 956 manat təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əmlakına cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu zərərin əvəzi olaraq 956 (doqquz yüz əlli altı) manat, habelə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-75/2025
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-75/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver