Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-773/2023 09.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon İcra və porobasiya şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sındıraraq yararsız hala saldığı sadə elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyi dəstəkləyən cihazla) ümumi dəyərinin 2277,04 manat məbləğində maddi zərərin tutulub X2 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Nağıyev X3 Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(053)-100/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindiyi üçün 12 oktyabr 2022-ci il tarixli göstərişlə icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Hökm və hökmün icrası barədə göstəriş İddiaçı icraatına 13 oktyabr 2022-ci il tarixdə daxil olmuş və məhkum Cavabdeh 20 oktyabr 2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Məhkuma 14 noyabr 2022ci il tarixdə Elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Azərbvaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən daxil olan 18 iyul 2023-cü il tarixli məktubda məhkum Cavabdeh 18 iyul 2023-cü il, saat 11:06 dan izləmə məlumatının gələmədiyi göstərilmişdir. Buna görə məhkum İddiaçınə dəvət edilmiş məhkumdan həmin tarixdə izahatı alınmış və məlum olmuşdur ki, həmin tarixdə məhkum Cavabdeh Kür cayında balıq tutarkən ona verilmiş “ATTENTİ” markalı, 35622628 nömrəli mobil qurğunun suya düşdüyünü və həmin qurğunu tapa bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə-Təminat İdarəsinin Azərbaycan Respublikası Probasiya Xidmətinə ünvanlanmış məktubunda “ATTENTİ” markalı dəstin qiymətinin 2277,40 manat olduğu göstərilmişdir. Məhkum Cavabdeh suya salaraq itirdiyi dəstin ümumi dəyəri 2277,40 manat təşkil edir. Lakin zərər məhkum tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) Nümayəndə izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(053)- 100/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1 və 23.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunan cəzalar qismən toplanmış və üzərində 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 il 05 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş cəzaçəkmə müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan Neftçala Rayon Məhkəməsi tərəfindən 12 oktyabr 2022-ci il tarixdə verilmiş hökmün icrası barədə göstərişdən görünür ki, Neftçala Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(053)-100/2022 saylı hökmü 12 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün aidiyyatı üzrə İddiaçınə göndərilmişdir. İşdə olan İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmış “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin icrası” barədə 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Attenti” firmasına məxsus mobil qurğu, qolbaq və qolbaqdan istifadə qaydaları haqqında kitabça məhkuma verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan məhkum Cavabdeh izahatından görünür ki, onun dolanşığı balıq tutmaqladı. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Kür cayında balıq tutarkən hava yağışlı olduğu üçün yer palcıq olmuşdur. Ayağı sürüşərək Kür çayına düşmüşdür. Özünə məxsus “Samsunq” marakalı telefon və icra məmuru tərəfindən ona verilmiş “Attenti” markalı ENV-də çaya düşmüşdür. Özü güclə sudan cıxmış, amma telefonları sudan tapa bilməmişdir. Dərhal yanında olan şəxsin telefonu vasitəsi ilə icra məmuruna məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı icra və probasiya şöbəsinə dəvət olunmuşdur. Cəzasının icrası ilə hüquq vəzifələri ona bir daha izah olunmuşdur. Cəzasına nəzarət edən icra məmuru ilə mütaəmadi olaraq əlaqə saxlamalı, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Neftçala rayon hüdudlarını tərk etməməli, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək ona bir daha izah edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Maliyyə-Təminat İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi 06 avqust 2021-ci il tarixli, D-8/131 nömrəli məktubundan görünür ki, bir ədəd sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2277,40 manat, ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) dəstin dəyəri 2277,40 manatdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində maddi zərərin ödənilməsi üçün pul tutularaq X1 aşağıdakı hesabına ödənilməli, İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə iddiası təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq X2 Müxbir hesab: AZ41NABZ******************** VÖEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** saylı hesaba ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-773/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-773/2023
09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver