Məhkəmə qərarları › İş №2(053)-799/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-799/2023

22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-799/2023 22.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin artırılması tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 20 dekabr 2006-cı il təvəllüdlü X1 və 18 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin artırılaraq hər bir uşaq üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı ərizə (vəsatət) verərək təyin olunmuş alimentin artırılması tələbinə dair iddia ərizəsini geri götürdüyünü, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.3, 263- 264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin artırılması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar