Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-814/2023 13.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Neftçala rayon X5 sədri X6, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə iddiaçı Neftçala rayon X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Cavabdehlərin Neftçala rayon X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüququnun məhdudlaşdırılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon X11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Neftçala rayon X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayon X5 sədri X13 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Neftçala rayon X5 14 iyun 2023-cü il tarixli, 13 saylı iclas protokolundan çıxarışa əsasən Xol Qarabucaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Dördlər kənd sakini Cavabdeh4 X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qərarın qəbul edilməsinə əsas Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Dördlər kənd sakini Cavabdeh4 X11 üzrə keçirilən 08 dekabr 2022-ci il tarixdə torpaq müsabiqəsində qiymətləri suni şəkildə artıraraq ümumilikdə 43,96 ha torpaq sahəsinə görə illik icarə haqqı 212085 manat olmaqla torpaq müsabiqəsinin qalibləri olmuşdurlar. Adları göstərilən vətəndaşların ünvanlarına bələdiyyə tərəfindən rəsmi qaydada hərracın qalibi olduqları şəhadətnamələri bələdiyyəyə təqdim etmələrini və bələdiyyə ilə müqavilə bağlamaqları barədə 05 yanvar 2023-cü il tarixli 1,2,3 və 4 nömrəli məktublar göndərilmişdir. Lakin məktublara əməl olunmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2023-cü il tarixli, 34/**********04 nömrəli məktubu nəzərə alınaraq Xol Qarabucaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Dördlər kənd sakini Cavabdeh4 X15 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak edərək hərracda qiyməti süni şəkildə artırıb, həddindən artıq yüksək qiymətə hərracın qalibi olmaları, sonda bələdiyyə ilə icarə haqqı müqaviləsi bağlamadıqları, bələdiyyə hərraclarını pozduqları və bələdiyyəyə maddi ziyan vurduqları əsas olmuşdur. Bununla bağlı bələdiyyənin iclasında müzakirə aparılmış və aidiyyəti məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Cavabdehlər dəfələrlə keçirilən hərrac və müsabiqələrdə iştirak edərək hərracda qiyməti süni şəkildə artırıb, həddindən artıq yüksək qiymətə hərracın qalibi olmuşlar. Sonda bələdiyyə ilə icarə haqqı müqaviləsi bağlamadan bələdiyyəyə maddi ziyan vurmuşlar. Bundan başqa cavabdehlər əhali arasında bələdiyyəyə qarşı bələdiyyənin fəaliyyətini nüfuzdan salan təbliğat aparır və hər vasitə ilə bələdiyyənin fəaliyyətinə mane olurlar. İddiaçının nümayəndəsi iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 iddianı qəbul etməyərək, Neftçala rayon Xol Qarabucaq kənd sakinləri, eyni zamanda iş üzrə cavabdeh olan şəxslərlə birlikdə məhkəməyə kollektiv müraciət hazırlayaraq imzaladıqlarını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Şirvan şəhərində keçirilən torpaq hərracında 50 ha sahənin qalibi olmuşlar. Həmin 50 ha sahə uzun illərdir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunub və bələdiyyə sədri X1 ilə əkilir. Xol Qarabuq kəndində Qismət Qəfərov “qanun” icad edib. Bir illik əkin üçün 100 manat, çox illik icarə üçün bir hektarı 1000 manatdır. Torpaq sahəsini isə zəbt edən vətəndaşlar Həsənov Rahid 5 ha (8 ildir əkir), Abdullayev Murad 5 ha (8 ildir əkir), Qurbanov Əsədulla 5 ha (5 ildir əkir), Səmədov Rövşən 6,86 ha (10 ildir əkir), Qasımov Mübariz 5 ha (5 ildir əkir), Bayramov İlyas 5 ha (10 ildir əkir), Bayramov Oruc 4 ha (10 ildir əkir), Zamanov Əkrəm 2,86 ha (15 ildir əkir). Bələdiyyə sədri Qismət Qəfərov isə onlardan torpağa şəhadətnamə almağı tələb edir. Beləliklə də zəbt olunmuş torpaq sahəsini boşaltmır. Cavabdeh3 11,86 ha sahəni 2021-ci ilin avqust ayında hərracda qalib olaraq almışdır. Artıq 2023-cü ildir, lakin hələ də sənədləşmə işləri başa çatmayıb. Qismət Qəfərov məhkəmə qərarı olmasına baxmayaraq hələ də sənədləri tam imzalamayıb. İki ildir ki, Cavabdeh3 nə torpaq pulu, nə də subsidiya almayıb. Onun kimi digər cavabdehlər torpaq sahələrinin müsabiqə və hərrac yolu ilə qalibi olsalar da həmin torpaq sahələrindən kənar şəxslər istifadə etmişlər. Sənədləşmə işlərində ləngimə olduğundan şəhadətnamələri əldə edə bilməmişlər. Bu səbədən də bələdiyyə onlarla müqavilə bağlamamışdır. Onun kimi digər cavabdehlər də növbəti hərracda iştirak etmək niyyətindədirlər. Nəzərinizə çatdırırıq ki, Neftçala rayon X5 sədri Qismət Qəfərov vətəndaşları incitməklə məşğuldur. Bu səbədən hazırkı iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclası zamanı Cavabdeh1 izahatına uyğun məzmunlu izahatlar verərək iddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Neftçala rayon X5 12 aprel 2023-cü il tarixli, 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, gündəlikdə duran məsələlər İddiaçı sədri X13 barəsində tətbiq edilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə və Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən ləğv edilməsi nəticəsində bələdiyyə sədri vəzifəsinə qaytarılmasının müzakirəşi barədə, X11, X13 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına və hökmünə, Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən qəbul edilmiş qərarda aşağıdakılar qeyd olunmuşdur: “1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(099)-369/2021 nömrəli Qərarına əsasən X13 barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə bağlı hissədə xitam verilərək, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(099)-369/2021 nömrəli hökmünə əsasən X13 barəsində tətbiq edilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın.
3. Şirvan Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 1-(106)-279/2022 nömrəli X16 Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü dəyişdirlmədən saxlanılaraq və Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minməsi nəzərə alınsın.
4. Qərarın 1, 2 və 3-cü bəndlərinə əsasən X4 Qarabucaq Bələdiyyəsinin sədri vəzifəsinə qaytarılsın.
5. X5 sədri vəzifəsini müvəqqəti icra edən X2 vəzifəsinə xitam verilsin.
6. X5 sədr müavini X7 bələdiyyəyə məxsus möhür və ştampı bələdiyyənin sədri X10 təhvil versin.
7. Qərarla kənd əhalisinin tanış olması üçün onlara elan şəklində dərc edilərək çatdırılması təmin edilsin.
8. Qərarın icrasına nəzarət bələdiyyənin rəhbərliyinə həvalə edilsin”. İş materiallarına əlavə olunmuş Neftçala rayon X5 14 iyun 2023-cü il tarixli, 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, gündəlikdə duran məsələ Xol Qarabucaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Dördlər kənd sakini Cavabdeh4 X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması barədə qərarda aşağıdakılar qeyd olunmuşdur : “1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2023-cü il tarixli, 34/**********04 nömrəli məktubu nəzərə alınsın.
2. Xol Qarabucaq kənd sakini Cavabdeh1, Xol Qarabucaq kənd sakini Cavabdeh2, Xol Qarabucaq kənd sakini Cavabdeh3, Dördlər kənd sakini Cavabdeh4 X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak edərək hərracda qiyməti suni şəkildə artırıb, həddindən artıq yüksək qiymətə hərracın qalibi olub, sonda bələdiyyə ilə icarə haqqı bağlamadıqları, bələdiyyə hərraclarını pozduqları üçün, nəticədə bələdiyyəyə maddi ziyan vurduqları üçün X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması məqsədi ilə barələrində aidiyyəti məhkəmədə iddia qaldırılsın.
3. Qərarla kənd əhalisinin tanış olması üçün elan şəklində dərc edilərək çatdırılması təmin edilsin.
4. Qərarın icrasına nəzarət bələdiyyənin sədri X10 həvalə edilsin”. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli məktubdan və əlavə olunmuş məlumat cədvəlidən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı üzrə 08 dekabr 2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqələrinin qalibi olmuşlar. İş materiallarına əlavə olunmuş Cavabdeh3 ünvanlanmış və çatdırılmış 01-li məktubdan görünür ki, İddiaçı Cavabdeh3 torpaq sahələri üzrə müsabiqə qalibi olduğundan həmin torpaq sahələri üzrə Şəhadətnamələri bələdiyyəyə təqdim edərək icarə müqaviləsi bağlamağı tələb etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ünvanlanmış və çatdırılmış 02-li məktubdan görünür ki, İddiaçı Cavabdeh1 torpaq sahələri üzrə müsabiqə qalibi olduğundan həmin torpaq sahələri üzrə Şəhadətnamələri bələdiyyəyə təqdim edərək icarə müqaviləsi bağlamağı tələb etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 ünvanlanmış və çatdırılmış 03-li məktubdan görünür ki, İddiaçı Cavabdeh2 torpaq sahələri üzrə müsabiqə qalibi olduğundan həmin torpaq sahələri üzrə Şəhadətnamələri bələdiyyəyə təqdim edərək icarə müqaviləsi bağlamağı tələb etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh4 ünvanlanmış və çatdırılmış 04-li məktubdan görünür ki, İddiaçı Cavabdeh4 torpaq sahələri üzrə müsabiqə qalibi olduğundan həmin torpaq sahələri üzrə Şəhadətnamələri bələdiyyəyə təqdim edərək icarə müqaviləsi bağlamağı tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir : “Bildiririk ki, son dövrdə X11 üzrə keçirilməsi nəzərdə tutulan torpaq müsabiqələri müxtəlif səbəblərdən baş tutmur və ya mübahisəli hallar olduğuna görə eyni vətəndaşların iştirakı ilə süni qiymət artımı ilə baş tutur; Belə ki, xx.xx.2021-ci il tarixdə, X11 üzrə 5.02 hektar, 3.86 hektar, 4.49 hektar torpaq sahələrinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə icarəyə keçirilməsi nəzərdə tutulan torpaq müsabiqələri Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala bələdiyyəsinin nümayəndələri iştirak etmədiklərinə, xx.xx.2022-ci il tarixdə, X11 üzrə 2 ədəd 5.0 hektar, 6.16 hektar, 4.0 hektar, 5.86 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilmələri üçün keçirilməsi nəzərdə tutulan torpaq müsabiqələri mübahisəli halla əlaqədar qəbul edilmiş Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-580/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2 (053)- 60/2022 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (106) 744/2021 saylı qətnamələrinə əsasən və Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala bələdiyyəsinin nümayəndələri iştirak etmədiklərinə görə, xx.xx.2022-ci il tarixdə, X11 üzrə 5.0 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün keçirilməsi nəzərdə tutulan torpaq müsabiqəsi müsabiqənin qalibi nəticə haqqında tərtib olunmuş olan protokola imza atmadığına görə baş tutmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X11 üzrə 11 torpaq sahəsi üzrə süni qiymət artımı ilə keçirilmiş torpaq müsabiqələrindən doqquzuna dair bağlanılmış "Torpaq Müsabiqə, Hərrac Müqaviləsi"-nə əsasən müsabiqələrin nəticələrinə uyğun olaraq yekun məbləğin 4 faizi miqdarında yaranmış 8483.4 manat vəsait "X9" X21 hesabına ödənilməmişdir. Sizin sözügedən 9 (doqquz) torpaq üzrə müsabiqənin keçirilmə tarixindən 6 (altı) ay keçməsinə baxmayaraq müsabiqənin qalibləri tərəfindən icarə müqavilələrinin bağlanmaması barədə Şirvan ərazi şöbəsinə şifahi müraciətinizə cavab olaraq bildirilmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq qeyd olunan müsabiqələrin nəticələrinin legv olunması barədə bələdiyyə tərəfindən qərar qəbul olunmalı və qərarın surəti "X9" X21 Şirvan ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına təqdim edilməlidir. Yalnız əvvəlki nəticələrin ləğv edilməsindən sonra təqdim etdiyiniz 3.38 hektar, 3.59 hektar, 4.15 hektar torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarǝyǝ, 0.005 hektar torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi ilə bağlı müsabiqəyə çıxarılması üçün təqdim olunan sənədlərə komissiya tərəfindən baxıla bilər. 9 (doqquz) müsabiqənin nəticələrinin lǝgv edilməsi barədə Neftçala rayon X5 14 iyun 2023-cü il tarixli, 13 saylı iclas protokolundan çıxarışı Şirvan ərazi şöbəsinə 07 iyul 2023-cü il tarixdə daxil olmuş və baxılması üçün "X9" Publik Hüquqi şəxsə göndərilmişdir. Məlumat üçün bildiririk ki, nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmiş 4 (dörd) torpaq müsabiqəsinin (6.84 ha, 5.23 ha və 2 ədəd 5 ha) qalibi olmuş Cavabdeh1 Neftçala rayon X11 üzrə keçiriləcək müsabiqələr haqqında məlumat almaq üçün mütəmadi olaraq Şirvan ərazi şöbəsinə zəng edərək iştirak etmək niyyətini bildirmiş, bu da yenidən mübahisəli halların yaranması üçün zəmin yaradır. Qeyd olunanlarla əlaqədar və gələcəkdə də bu halların təkrar baş verməməsi üçün tərəfinizdən hər hansı tədbir görülməmişdir”. İddiaçının nümayəndəsinin bildirdiklərindən və işdə olan sənədlərdən müəyyən olunur ki, Neftçala rayon Xolqarabucaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və həmin ərazinin dördlər kənd sakini Cavabdeh4 İddiaçı üzrə 08 dekabr 2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqələrinin qalibləri olmuş və onlara bələdiyyə tərəfindən icarə müqavilələri bağlanılması barədə tələb göndərilmişdir. Eyni zamanda bələdiyyənin əkin təyinatlı torpaq sahələrinin hərracda qalib olmuş şəxslərə münasibətdə illik icarə haqqlarının yüksək olması səbəbindən onların həmin torpaq sahələri üzrə şəhadətnamələrinin bələdiyyəyə təqdim olunmaqla bələdiyyə ilə icarə müqaviləsi bağlamaları tələb edilir. Eyni zamanda məhkəmədə müəyyən olunur ki, cavabdehlər torpaq sahələrinin müsabiqə və hərrac yolu ilə qalibi olsalar da həmin torpaq sahələrindən kənar şəxslərin istifadəsi onlar üçün əngəllər yaratmış və sənədləşmə işlərində ləngimə olduğundan şəhadətnamələri əldə edə bilməmişlər. Bu səbədən də Neftçala rayon X3rla müqavilə bağlamamışdır. Bu və ya digər səbələrdən cavabdehlər növbəti hərracda iştirak etmək niyyətindədirlər. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, cavabdehlər tərəfindən hərrac müsabiqəsində suni qiymət artımının yaradılması halları iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Konstitusiyanın 24-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”. Konstitusiyanın 25-ci maddəsinin 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”, “Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”, “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. Konstitusiyanın 26-cı maddəsinin 2-ci bəndində qeyd edilir ki, “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” Belə olan halda cavabdehlərin Neftçala rayon X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması onların konstitusion hüququqlarının pozulması anlamına gəlmiş olur. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Neftçala rayon X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Cavabdehlərin Neftçala rayon X11 üzrə keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüquqlarının məhdudlaşdırılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Samir Quliyev