Məhkəmə qərarları › İş №2(053)-854/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-854/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-854/2024 18.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 04 yanvar 2012-ci il təvəllüdlü X1 üçün 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(053)-54/2014 saylı qətnaməsi ilə 04 yanvar 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 80 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Həmin vaxtdan 12 il müddət keçmiş, uşaq boyumuş, xərcləri artmış və verilən aliment uşağın xərclərini ödəmir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq cavabdehdən alimentin artırılmasını tələb edir. Odur ki, cavabdehdən 04 yanvar 2012-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 300 manat olmaqla alimentin artırılmasını istəyir. X2 apardığı ilkin mediasiya prosesində iştirak edilmiş, qarşı tərəf iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış verilmiş, 50 manat mediasiya üçün rüsum ödənilmişdir. İş üzrə məhkəmə hazırlıq iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardığını, Cavabdeh bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək uşağı saxlamaqda çətinlik çəkdiyini, özünün ikinci dəfə ailə həyatı qurduğunu, bu nikahdan bir övladının olduğunu, həmçinin cavabdehin də ikinci dəfə ailə qurduğunu bildirmişdir. Əlavə olaraq cavabdehin daş karxanasında sürücü işlədiyini qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və onun münayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək ikinci dəfə ailə həyatı qurduğunu, bu nikahdan üç uşağının olduğunu, onları saxlamaqda çətinlik çəkdiyini və fəhləlik etdiyini bildirmişdir. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı olmadığını, 120 -130 manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 04 yanvar 2012-ci il tarixdə anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(53)-54/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh X6 qarşı nikahın pozulması və əmlak tələbinə dair ərizəsi qismən təmin edilərək tərəflər arasındakı nikah pozulmuş, 04 yanvar 2012-ci ildə doğulmuş Ayşə adlı uşağın cavabdeh X4 yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 80 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh X4 xeyrinə ödənilməsi qət edilmişdir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah 10 sentyabr 2015-ci il tarixdə 09 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. “Şəxsiyyət vəsiqəsinin” surətlərindən görünür ki, X10 31 yanvar 2016-cı il tarixdə, X8 01 fevral 2017-ci il tarixdə, X11 02 sentyabr 2018-ci il tarixdə anadan olmuşlar. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 04 yanvar 2012-ci il təvəllüdlü X3 üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 04 yanvar 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin artırlmış miqdarı 960 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(53)-54/2014 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 04 yanvar 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 160 (yüz altmış) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar