Məhkəmə qərarları › İş №2(053)-889/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-889/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-889/2023 30.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə vurulmuş 169,07 manat məbləğində maddi zərər və ödənilmiş 30 manat məbləğində dövlət rusumu olmaqla, ümumilikdə 199,07 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Azərbaycan X1 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M.H AZ03NABZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddiasına tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək «Azəriqaz» İB-nə Cavabdeh tərəfindən vurulmuş 200 manat məbləğində maddi ziyanın sonuncu tərəfindən 22 noyabr 2023-cü il tarixdə tam ödənildiyini və bu səbəbdən iddia ərizəsinin baxalmamış saxlanılmasını, o cümlədən xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında Neftçala Rayon Məhkəməsinin hesabına dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pulun həmin rüsumun ödənildiyi bank hesabı kartına (İBAN nömrəsi: AZ98İBAZ********************6922 saylı) geri qaytarılması barədə qərardad qəbul edilməsini və qərardadın icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Neftçala rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. «Dövlət rusumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə ödənilmiş 30,40 manat miqdarında dövlət rüsumu iddiaçı «Azəriqaz» İB-nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 09 avqust 2023-cü ildə xidmət haqqı ilə birlikdə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik miqdarında dövlət rüsumu ("xxxx" ASC; Büdcə təsnifat kodu: 142211; Büdcə səviyyə kodu 1; Xəzinə hesabı AZ07CTRE********************; Xidmət kodu: 14221102; Hesablaşma forması: Kart; Tranzaksiya nömrəsi: **********22/xx.xx.2023 13:41:13; qəbzin nömrəsi: **********) iddiaçının özünə (bank hesabı kartı İBAN nömrəsi: AZ98İBAZ********************6922 saylı) qaytarılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar