Məhkəmə qərarları › İş №2(053)-899/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-899/2023

10.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-899/2023 10.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sahibliyin müdafiəsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən faktik istifadə etməklə sahibliyinə edilən qanunsuz müdaxilələrin – həmin mənzilin həyətində yerləşən əlüzyuyandan аxıdılan su tullantılarının toplanması üçün qazılmış xəndəyin doldurulmasına dair qanunsuz tələblərinin icrası ilə əlaqədar hərəkətlərin Cavabdeh qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 06 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə müəyyən sübutlara ehtiyac olduğunu, həmin sübutların toplanmasından ötrü iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması, həmçinin ərizəyə onun iştirakı olmadan baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254,255,261.0.1 – 261.0.3 və 261.0.6 – 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı «sahibliyin müdafiəsi» tələbinə dair iddiası geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar