Məhkəmə qərarları › İş №2(053)-907/2022

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-907/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-907/2022 27.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi X5 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair» 2021-ci il 07 yanvar tarixli 180 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli mebel istehsalı üçün laminat və MDF kəsim mişarının (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan "Özünüməşğulluğa kömək göstərilməsinə dair" 2021-ci il 07 yanvar tarixli 180 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Mebel-1 (kəsmə)" zərfinə daxil olan aktiv, yəni mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 07 yanvar tarixli aktla vətəndaş Cavabdeh "Mebel-1 (kəsmə)" zərfinə daxil olan və istifadəyə yararlı aktivi əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası"nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 13 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmişdir. 2021-ci il 07 iyul tarixli aralıq və 2021-ci il 15 dekabr tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş "Mebel-1 (kəsmə)" zərfinə daxil olan aktiv, yəni mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) aşkar edilməmişdir. Cavabdeh 2021-ci il 15 dekabr tarixli izahatında ona verilmiş aktivi Cəlilabad rayonunda 2900,0 manata satdığını bildirmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 2022-ci il 28 yanvar tarixli **********1 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, gəlməmiş (nümayəndəsini göndərməmiş) və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış «Özünüməşğulluğa kömək göstərilməsinə dair» 07 yanvar 2021-ci il tarixli 180 nömrəli müqavilədən görünür ki, Agentlik tərəfindən Cavabdeh “Mebel-1 (kəsmə)" zərfinə daxil olan aktiv, yəni mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) natura şəklində verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən «özünüməşğulluğa cəlb edilmiş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Mərkəzə qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi X3 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür». «Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair» 07 yanvar 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "Mebel-1 (kəsmə)" zərfinə daxil olan və istifadəyə yararlı aktiv (mebel istehsalı üçün laminat və MDF kəsim mişarı) 13 saylı Ərazi Məşğulluq Mərkəzinin əməkdaşı X2 tərəfindən Cavabdeh təhvil verilmişdir. 2021-ci il 07 iyul tarixli aralıq və 2021-ci il 15 dekabr tarixli yekun monitorinq aktlarından görünür ki, Cavabdeh verilmiş "Mebel-1 (kəsmə)" zərfinə daxil olan aktiv, yəni mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) aşkar edilməmişdir. Cavabdeh tərəfindən 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialına verilmiş 15 dekabr 2021-ci il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh 07 yanvar 2021-ci il tarixdə ona verilmiş avadanlığı həmin tarixdə Cəlilabad rayonunda 2900,0 manat müqabilində bir şəxsə təqdim etmiş və qarşıda pulu geri qaytararaq aktivi geri götürəcəkdir. 13 saylı Ərazi Məşğulluq filialı tərəfindən Cavabdeh ünvanlanmış 2022-ci il 28 yanvar tarixli **********1 nömrəli məktubdan görünür ki, Cavabdeh monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən "Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)", "Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır". Eyni Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın", "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür", "Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır". İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 07 yanvar tarixli 180 nömrəli müqaviləyə əsasən cavabdehə istifadəyə verilmiş aktivin aşkarlanmaması səbəbindən eyni növlü və eyni keyfiyyətli mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) Cavabdeh alınaraq, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 07 yanvar tarixli 2021-ci il tarixli 180 nömrəli müqaviləyə əsasən istifadəyə verilmiş mebel istehsalı üçün laminat və MDF kəsim mişarı (MJ6128 90/45 2800 mm ölçüdə laminat və MDF kəsən) Cavabdeh natura şəklində alınaraq Azərbaycan Respublikası İddiaçınə qaytarılsın. Cavabdeh qiyabi qətnamənin surəti ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar